“Fənərbağça” (Türkiyə) – “Benfika” (Portuqaliya)

pol (=Mr_ViRuS=) 26 Apr 2013 / 02:49
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. “Fənərbağça” tarixində ilk dəfə qitə miqyaslı turnirdə finala çıxmaq üçün “Benfika” səddini aşmalıdır. İstanbul təmsilçisi ötən mərhələdə “Latsio” ilə olduğu kimi, ilk oyunu evdə keçirəcək. Onda 2:0 hesabı ilə qalib gələn türkiyəlilər mərhələ keçmək vəzifəsini böyük ölçüdə həll edərək, İtaliyadakı cavab matçında bərabərliyə qaldılar – 1:1.

“Amsterdam Arena”da keçiriləcək final oyununa digər iddiaçılar ilk olaraq İsveçrədə meydana çıxacaq. “Bazel” Çempionlar Liqasının son qalibi “Çelsi”ni sınağa çəkəcək.

Qeyd edək ki, hər iki oyun Bakı vaxtıyla gecə saat 00.05-də başlayacaq. Türkiyədəki görüş Azərbaycan Televiziyası, İsveçrədəki qarşılaşma isə İdman Azərbaycan telekanalıyla canlı yayımlanacaq.

İlk 11'lər

FENERBAHÇE: 4-2-3-1
Volkan - Gökhan, Yobo, Egemen, Ziegler - Meireles, Mehmet Topal - Kuyt, Cristian, Sow - Webo

BENFICA: 4-3-3
Arthur - Pereira, Jardel, Garay, Melgarejo - Andre Gomes, Aimar, Matic - Ola John, Oscar Cardozo, Salvio

Avropa Liqası, yarımfinal

25 aprel


00:05. “Bazel” (İsveçrə) – “Çelsi” (İspaniya)

00:05. “Fənərbağça” (Türkiyə) – “Benfika” (Portuqaliya)

[cavab]

pol _V-I-P_ 26 Apr 2013 / 02:53
benfika qelebe

[cavab]

pol Neymar 26 Apr 2013 / 02:53
Fener bagidacax blaaa

[cavab]

pol Sago 26 Apr 2013 / 02:54
Benfika'nın simvolu Qartal'dır, bu gün Benfika'lıyam. Uğurlar Benfika...!
red. Sago (26.04 /02:55)

[cavab]

pol (=Mr_ViRuS=) 26 Apr 2013 / 02:55
İnşallah Fənərbaxça qalib gələr . Şükrü Saracoğlu stadionundadı oyun . Haydi Fənərbaxça ...
red. (=Mr_ViRuS=) (26.04 /02:55)

[cavab]

pol cavidan@ru 26 Apr 2013 / 10:58
Fenerbahce 1-0 Benfika
QOL:EGEMEN KORKMAZ 72'

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1536 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az