Xəyallar ölkəsindəyəm

pol Fayiq 24 Apr 2013 / 23:01
Qəlbim sızlayır, ürəyim parça-parça Qanadım qırıq, yaralıyım bir quş kimi. Yalnızlığımı ağrısıyla bağladım gözlərimi, dörd divar arasında
Xəyal ölkəsində tapdım bir anda özümü Ucsuz-bucaqsız, dümdüz bir düzənliyin içində tapdım
Hava alaqaranlıq, buludlar qapqara

Uzaqda böyük bir ağac gördüm, ağappaq yarpaqları vardı.
Yaxınlaşdım, yaxınlaşdıqca yaxınlaşdım, mən yaxınlaşdıqca o sanki uzaqlaşırdı məndən
Etraf kimsəsiz, hava alaqaranlıq, buludlar, zülmət qaranlıq üstümə gəlir sanki
Əlaqə istəyirəm o sirrli ağaca
Mən qaçıram qaçıram, ayaqlarım yerdən kəsildi artıq uçuram, uçuram
Buludların arasında bir quş kimi, kimsələr yoxdur, qorxu həyəcan və çaxnaşma, xəyallar ölkəsindəyəm
Hava alaqaranlıq, buludlar qapqara

Gözüm qaraldı bir an düşürəm düşürəm söylədiyim ən son söz düşürəm
Gözlərimi açdığımda, yalnız bu sözü xatırlayıram düşürəm
O sirrli ağacın bir budağı bir əl olmuş, qəbul etmiş hüzuruna, çaşqınlığım və mən ovuclarında
Elə gözəl və elə böyük ki, gövdəsi, gövdəsi bir qələm.
Yarpaqları səhifə, suyu mürəkkəb, qoxusu gül, hər bir budağında ayrı bir şeir
Ayrılıq və acı, həsrət və duyğu, döyüş və zəfər, hüzn və eşq, hər birində sevgi və xoşbəxtlik
Hava alaqaranlıq, buludlar qapqara

Mən bir şeir ağacının kölgəsindəyəm, mən bir xəyallar ölkəsindəyəm
Baxışlarım məzlum bir uşaq sürətində, ağlayıram günahlarıma, ağlayıram yavaşca və səssizcə
Gözümü açdım göz yaşlarımla baş başayam
Mən yenə dörd divar arasındayam.

[cavab]

pol EMIN98 25 Apr 2013 / 00:53
Eladi:(((

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.191 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az