Real heyat hekayesi
Juliet
22 Apr 2013 / 21:50
Mart ayı gəlmişdi, amma qızım hələ
də oxumağa başlamamışdı. Ev
tapşırıqlarını etməmək üçün min cür
bəhanə tapırdı. Əlimdən gəldiyi qədər
ona kömək edir, oxumağa həvəsini
artırmağa çalışırdım.
Ancaq heç bir irəliləmə olmurdu ki
olmurdu. Elə bil prinsipə düşüb
oxuma-yazma öyrənməməyə and
içmişdi. Müəlliməliyin qazandırdığı
təcrübəmdən hər tərəfli istifadə
etməyə çalışırdım, amma heç birinin
faydası olmadığı üçün daha da
qorxuya düşürdüm.
Qızımdan bir yaş kiçik oğlum və hələ
yeddi aylıq olan övladıma ayırdığım
vaxtlardan oğurlayıb, qızıma daha çox
vaxt ayırırdım, ancaq hər dəfə
müəllimi ilə danışdıqdan sonra
qanadlarım qırılırdı elə bil. «Bəlkə
qızımın beyin inkişafı geri qalır?» kimi
düşüncələrə qapılır və bu səbəbdən
də yaranan baş ağrılarını
sakitləşdirmək üçün hər gün 2-3 ədəd
dərman qəbul edirdim.
O soyuq mart axşamı sönmək istəyən
sobanın yanında qızıma heca-heca
oxumaq öyrətməyə çalışarkən, onun
bivecliyi olan-qalan səbrimi də tükətdi.
Qollarından tutub silkələdim və
bapbalaca yanağına hələ də yadııma
düşəndə utandığım bir sillə vurdum.
Yanağı qıpqırmızı oldu. Çaşqın, amma
çox hirsli baxdı üzümə. Ağlamamaq
üçün kiçik dodaqlarını tez-tez büzür,
baxışları qəlbimin dərinliklərinə doğru
ox kimi irəliləyirdi.
Səssizliyi mən pozdum. «Niyə? Nazlı,
qızım, axı niyə? Niyə oxumağı
öyrənməyə cəhd etmirsən?»
[cavab]
Juliet
22 Apr 2013 / 21:51
Bir anlıq dayandı, sonra səsini bütün
kin və gücüylə "Çünki mən oxumaq
istəmirəm" — deyə bağırdı.
Eşitdiklərimə inana bilmirdim. Yüksək
səviyyəli təhsil alıb, gözəl bir gələcəyə
sahib olacağını düşündüyüm qızım,
mənim, mən müəllimə Əminə
Özgəncin qızı «Oxumaq istəmirəm»
deyə qışqırırdı.
Çaşbaş qaldım və ümidsizcəsinə «Niyə
axı?» — soruşdum.
"Çünki, mən sənin kimi oxuyub,
müəllimə olub, uşaqlarımı evdə tək
qoyub işə getməyəcəm,
işləməyəcəyəm. Mən sadəcə ana
olacam."
Qızım danışmırdı, elə bil məni
sillələyirdi. Başım fırlanır, gözüm
qaralır, bu sözlərin doğurdanmı öz
qızıma aid olduğunu başa düşməyə
çalışırdım. Bəli, bu sözləri mənə 7
yaşındakı qızım deyirdi. "İnsan indi
ölməz, bəs nə vaxt ölər?" — deyə
düşündüm.
Sanki birdən gözlərimin qarşısında film
pərdəsi açıldı və kədərli bir kino lenti
fırlanmağa başladı. Yozqatın Noxudlu
Təpəsində, hər ora dırmaşanda bu
yolun heç qurtarmayacağını
düşündüyüm yoxuşun başındakı heç
zaman isidə bilmədiyim evi xatırladım.
12 sentyabrdan sonra həyat
yoldaşımın (bir çox insanlarən başına
gəldiyi kimi) heç başa düşə bilmədiyim
şəkildə və nə səbəblə tutulub həbsə
salınması. Aylarla həbsdə olmağına
baxmayaraq məhkəmənin
başlanmaması.
[cavab]
Juliet
22 Apr 2013 / 21:51
İllərlə uzanan və mənim, həmçinin
həyat yoldaşımın hətta bəraət
aldıqdan sonra da niyə həbs
olunduğunu bilmədiyimiz
məhkəmələr. Baxa bilmədiyim üçün 9
aylıq oğlumu Samsunda, anamın
yanında qoymağım. Baxıcı və baxça
xərclərini ödəyə bilmədiyim üçün iki
yaşındakı qızımı hər gün işlədiyim
məktəbə aparmağım...
Qızımın müəllimlər otağında kresloda
yatışı. Yuxusunun ən dərin vaxtında
tənəffüs zəngi ilə bir yerdə dik atılıb,
yenidən kresloda oturuşu. Sonra
müdürün məni çağırıb, «Baxın, Əminə
xanım, bilirəm çətin vaxtlar
keçirirsiniz, amma səni görən hər kəs
uşağını məktəbə gətirməyə başladı.
Bura baxça deyil axı. Bir daha qızını
məktəbə gətirmə» — deyişi.
O gündən sonra iki yaş yarımlıq qızımı
o böyük, soyuq evdə təkcə qoyub,
qayıdana qədər qızımı qoruması üçün
Allaha yalvarışlarım. Yemək istəyər,
susayar deyə, evin hər tərəfinə
qoyduğum su stəkanları və yeməklər.
Hər axşam evə qayıdanda övladımı bir
bucaqda yorğana bürüşmüş halda
tapmağım.
«Qızım, necəsən? Qorxmusan?» —
soruşanda, «Qorxdum, ağladım,
ağladım, yoruldum, susdum, sonra
yen ağladım» — deyərək boynuma
sarılması. Bir film kimi keçirdi
gözlərimin önündən. Quirtarmaq
bilmirdi bu film.
Aprel ayının sonları idi… Nahar vaxtı
evə gəlmiş və zəngi basmağa məcbur
olmuşdum. Həmin gün evdən tələsik
çıxdığım üçün açarları evdə
qoymuşdum. «Qayıdanda qızım açar»
— deyə düşünmüşdüm. Amma
açmadı. Açmadığı bir yana var gücüylə
«Ana» qışqırıb ağlayırdı. «Qızım,
mənəm, anandı, aç qapını» —
dedikcə, o, «yox, sən anam deyilsən,
Sən qurdsan. Məni yeyəcəksən» —
deyib fəryad qoparırdı. Güman ki, ona
danışdığım nağıldan təsirlənmişdi.
Körpə balam qorxur, ağlayırdı. Yarım
saat əlləşsəm də onu inandıra
bilməmişdim.
Edə biləcəyim bir şey qalmışdı. Necə
olursa olsun evə girmək. Amma necə?
Qapını qırmağa gücüm yox idi.
Noxudlu Təpəsində çilingər də yox idi.
Qapını açan qonşuma bir tərəfdən
hadisəni başa salır, bir tərəfdən də
eyvana doğru qaçırdım. Bir stul
götürüb, eyvana qoydum və üstdəki
evimin eyvanına çata bildim. Mən, 153
sm-lik arıq bir qadın, bir stulun
köməyi ilə necə oldu ki, 3 metrlik
məsafəni dırmaşdım, hələ də dərk
edə bilmirəm.
Sanki görünməyən bir əl məni yuxarı
dartdı. Eyvanın qapısı zəif bağlandığı
üçün asanca aça bildim və içəri
şığıdım. Qızım qapının dibində
oturmuş, başını ayaqları arasına
salaraq ağlayırdı. Sarıldım, sarıldım,
sarıldım… Göz yaşlarım onun göz
yaşlarına qarıştı. Qoynuma qısıldı,
sadəcə «Ana, ay ana, qurd məni
yeyəcəkdi» — deyə bilirdi. Həmin gün
nahardan sonrakı ilk dərsimə
getmədim. Müdürün etirazına
baxmadan qızımı sinifdə oturtdum.
Əvvəl müdür müavini, sonra müdür
tərəfindən azarlandım. Amma heç
birinə cavab vermədim. Sadəcə
gözlərimdən iki damla yaş süzüldü. Və
o yaşlar birdən-birə müdürün susub
üzr istəməsinə səbəb oldu.
[cavab]
Juliet
22 Apr 2013 / 21:52
Bəli, bu kədərli film qurtarana
oxşamırdı. Qızımın səsinə ayıldım.
«Mən oxumayacam, ana olacam» —
deyə fəryad edirdi. Fəryad etmir, elə
bil məni döyürdü. Ona yaxşı ana ola
bilmədiyimi və onun üçün qəlbində
bəslədiyi narazılığını bu sözlərlə
hayqırırdı üzümə. Həyatımın heç bir
anında belə zülm çəkməmişdim. Heç
bir söz ürəyimi bu qədər
yaralamamışdı.
Qızımın şabalıdı rəngli saçlarını
sığğalladım. Sillədən qızaran yanağını
öpdüm. Başını sinəmə qoydum. Onun
yaddaşında yer alan bütün kədərli
anları silmək istəyirdim. Ən doğru, ən
təsirli sözləri tapmalı idim. Amma
necə? Bu qarmaqarışıq beyinlə necə
edim?...
Bu vəziyyətdə nə qədər oturduq
bilmirəm. Bir an danışacaq güc gəldi
mənə. «Qızım, hər oxuyan qadın
işləmək məcburiyyətində deyil ki. Sən
yaxşı bir ana olmaq istəyirsən. Mən də
sənin yaxşı ana olmanı istəyirəm.
Ancaq oxusan, elmli olsan, yaxşı ana
ola bilərsən. İstəmərsən işləmərsən.
Evdə övladlarına baxar, onlara oxuma-
yazma öyrədərsən.» — şəklində
davam edən bir çox cümlə sıraladım
ard-arda. Qızım razı olmuş kimi
görünürdü. Səhəri gün işdən gələndə
onu stolda Cin Əli kitabını oxuyarkən
gördüm. Qızım oxuma-yazmağı aylar
əvvəl öyrənmiş, ancaq hər kəsdən
gizlətmişdi.
Müəllim heyrət içində idi. «Necə olur
axı, uçaq bir gündə bu qədər şeyi
öyrənə bilir?» — deyə soruşurdu. Bu
sualın cavabı elə uzun və başa
düşülməsi elə çətin idi ki… O an
susmaq ən gözəl cavab idi, çünki o
sualın cavabını ancaq mən və Nazlı
başa düşə bilərdi.
İndi qızım Qazi Universitetində
müəssisə iqtisadiyyatı fakültəsində
oxuyur. Ana dilini çox gözəl bildiyi
qədər də, ingilis dilini bilir. Ən gözəli
isə hər fürsətdə «Canım anam» —
deyə sarılıb yanaqlarımdan öpür. Mən
də onun o utandığım sillə ilə
qızartdığım yanağından öpürəm...
[cavab]
*MELODi*
22 Apr 2013 / 21:59
SUPERDi
[cavab]
_Ulduz_
22 Apr 2013 / 21:59
ellerine sagliq cox maragliydi.
[cavab]
*_FoReVeR_*
22 Apr 2013 / 21:59
.
[cavab]
Juliet
22 Apr 2013 / 22:00
_Ulduz_, cox sag ol
[cavab]
Juliet
22 Apr 2013 / 22:01
*MELODi*, twk
[cavab]
ejla
22 Apr 2013 / 22:06
Eladi:)
[cavab]
Bölmeye qayıt
0.1926 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az