SeVgI YaLaNdIR!
BLACK_ANGEL
22 Apr 2013 / 17:05
Yenə bu şəhərdə üz-üzə
gəldik,
Neyləyək, ayrıca şəhərimiz
yox.
Bəlkə də biz xoşbəxt ola
bilərdik,
Bəlkə də xoşbəxtik xəbərimiz
yox...
Aradan nə qədər il keçib
görən,
Tanıya bilmədim, səni
bağışla!
Mən elə bilirdim sənsiz
ölərəm,
Mən sənsiz ölmədim, məni
bağışla!
"Ölmədim" – deyirəm, nə
bilim axı,
Bəlkə də mən sənsiz ölmüşəm
hələ,
Qəbirsiz, kəfənsiz ölmüşəm
elə,
Bəlkə də biz onda
ayrılmasaydıq...
Nə mən indikiyəm, nə sən
indiki...
Ayrıldıq şeytanı güldürdük
onda,
Bu ilin, bu ayın, bu
günündəki,
Elə bu küçənin bu tinindəki,
Məni də səni də öldürdük
onda.
....Sağımız, solumuz adamla
dolu,
Qol-qola kişilər qadınlar
keçir.
Özündən xəbərsiz ömründə
min yol,
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına batan
adamlar
Bir də ki, qan hanı?
Qan axı yoxdu...
Hamı günahkardı dünyada
amma,
Dünyada heç kəsin günahı
yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu
bəxt,
Sapandan atılan bir cüt daş
idik.
Bəlkə də dünyada on-on beş
il yox,
Min il bundan qabaq
ayılmışıq biz.
Halal yolumuz dəyişib nəsə,
Çaşmışıq bir özgə yoldan
getmişik.
Bəlkə min il qabaq səhv
düşüb nəsə,
Minillik bir səhvə qurban
getmişik...
Dəyişib yerini bəlkə qış,
bahar,
Qarışıb dünyanın şəhəri,
kəndi,
Bəlkə öz bətnində ögey
analar,
Ögey balalar gəzdirir indi.
Ömrüm başdan-başa yalandı
bəlkə,
Taleyim başqaymış doğrudan
elə,
O yoldan ötən qız anamdı
bəlkə,
Bəlkə də oğlumdu, bu oğlan
elə.
Bu yalan ömrümdə görən sən
nəsən?,
Bəlkə heç sevgilim deyilsən
mənim,
Anamsan, bacımsan,
nənəmsən, nəsən,
Bircə Allah bilir nəyimsən
mənim.
Bizi kim aldadar bu
ayrılıqdan,
Çatmaz dadımıza nə yol, nə
körpü.
Ölüsən, dirisən, hər nəsən,
dayan!
Dayan, heç olmasa əlindən
öpüm
Deyirsən, "Ölüyəm, ölünü
öpmə!..",
Əlimin içində soyuyur əlin.
Deyirsən, "Sən Allah əlimi
öpmə",
Əlimdən deyəsən qan iyi
gəlir....
[cavab]
EMIN98
22 Apr 2013 / 17:07
Superdi.
[cavab]
DOGUKAN
22 Apr 2013 / 17:19
bu ne
[cavab]
Romal5
22 Apr 2013 / 17:19
Eladi çox gözel
[cavab]
Orco2oile
22 Apr 2013 / 17:32
Esl $aire.superrrrr
[cavab]
BLACK_ANGEL
22 Apr 2013 / 17:40
Orco2oile, doktor orco 4oile.
[cavab]
sebina
22 Apr 2013 / 17:52
super
[cavab]
Bölmeye qayıt
0.1603 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az