Artiq aglamagin faydasi yoxdu..!
Juliet
20 Apr 2013 / 23:18
Bir qız var idi. Çox mehriban, gülər üz,
səmimi qız idi. Həyatından çoxda razı
olmasada şükür içərisində yaşayırdı.
Vaxtını ev işləri və dərsləri ilə
keçirdirdi. Boş vaxtlarında komputer
qarşında əyləşirdi. Və bir gün
komputer qarşısında əyləşərkən bir
oğlan dostluq göndərdi. Qız qəbul
etmədi. Oğlan məktub ilə qıza yazdı
"Xanım qız salam mən sizinlə söhbət
eləmək istəyirəm xahiş edirəm
dostluğumu qəbul edin" dedi. Qız
düşündü ki, qəbul edim onsuzda
siləcəm mən burda az oluram deyə
düşündü və qəbul etdi dostluğun.
"Salam" ilə başladı söhbətləri. Tanış
oldular. Xasiyyətləri tam üst-üstə
düşdü. Hər bir fikirdə fikirləri bir-
biriləri ilə razı olurdular. Bir xeyli
danışdılar sonra qız sağollaşdı artıq
getməliyəm məni bağışla dedi. Oğlan
sabah səni gözləyəcəm xahiş edirəm
gəl dedi. Qız da yaxşı dedi. Qız
həyatında birinci dəfə idiki oğlanla
belə söhbət edirdi. Beləcə onlar hər
gün söhbət edirdilər. 1 aydan sonra
artıq bir-birlərinə "canım" deyərək
müraciət edirdilər. Onlar bir-birlərini
heç görməsələrdə çox sevirdilər.
Qəlbləri uyğun gəlirdi. Sanki iki qəlbi
ayırmışlar bir-birlərindən ayrı
düşmüşdülər.
Qız hər an oğlanı haqqında düşünür və
gərçəyidə düşündükcə gözləri dolurdu
hönkür-hönkür ağlayırdı. Çox sevirdi
qəlbi yanlız o oğlana aid idi. Hər gün
səbrsizliklə oglanla sohbət etməyi
gözləyirdi. Oğlanında qəlbi boş deyildi
qıza qarşı. O da çox sevirdi qızı. Yenə
söhbət eləyirdilər oğlan "mən səni çox
sevirəm" dedi. Qızda "məndə səni çox
sevirəm" dedi. Oğlan "mən artıq səni
görmək, əlini tutmaq, gözlərinə
baxmaq istəyirəm" dedi. Qız çox etiraz
etdi bir bahənə ilə hələ tezdi dedi.
Oğlan "onda sən məni sevmirsən"
dedi, qız isə "səni canımdan çox
sevirəm" dedi. Onda gorüşək dedi
oğlan. Qızda razılaşdı. Razılaşdılar
görüş yerini saatını təyin etdilər.
Sabah saat 4-də sahildə gorüşəcəklər.
Sağollaşıb sabahı düşündülər. Qız çox
düşünürdü o bilir ki, mənim sevgim
yalan deyil yəqin.
[cavab]
Juliet
20 Apr 2013 / 23:19
Qız bütün gecəni yata bilməmişdi
ağlamışdı. Bütün gecə Allaha dua
edirdi "Allahım mənə sevgi nədir sən
göstərdin məni ondan ayırma, o məni
başa düşsün, öz sevgisin sübut etsin"
dedi. Səhər açıldı ikisidə çox həyacanla
saatın 4 olmasın gözləyirdilər. Saat 4
yaxınlaşmağa başlayırdı hazırlaşdılar
oğlan bir dənə qızıl gül alıb sahildə qızı
gözləyirdi. Qız artıq yolda idi. Oğlan
üzü dənizə tərəf durub qızı gözləyirdi.
Arxadan "Salam" dedi bir qız. Oğlan
çönüb baxdı gördükləri qarşısında
donub qaldı salam belə deyə bilmədi.
Gördükləri isə qızın ayağının şikəst
olması hasa ilə gəzməsi idi. Qız bildi ki,
oğlan çox pis oldu ağlama başladı.
Oğlan qıza yaxın gedib "Sənsən?"
deyə soruşdu qız başın yelləyərək "hə
mənəm" dedi. Əyləşib söhbət elədilər.
Oğlan artıq həqiqəti bilirdi. Niyə axı
mənə həqiqəti deməmisən, niyə
gizləmisən deyə soruşdu. Qız axı necə
deyərdim mən həqiqəti desəydim sən
mənə yazmayacaqdın. Oğlan heçnə
demədi sanki dili tutulmuş lal olmuşdu
çox düşündü getmək qərarına gəldi
gülü qıza verib "sağol" dedi və getdi.
Qız çox ağladı arxasınca çox baxdı, çox
pis olmuşdu bu günə kimi çəkdiyi
əzablər gözünün önünə gəldi. Bir tək
həyatımda sevincim sevgim sən idin
səndə getdin deyə düşündü.
[cavab]
Juliet
20 Apr 2013 / 23:20
Sevgilim mənim sevgimi qəlbimi yox
ayağımı xaricimi seçdi hamı kimi oda
getdi deyə düşündü.
Dənizə tərəf göz yaşları içində getdi
özünə qəsd etdi suda boğularaq öldü.
Oğlan gedə-gedə düşünürdü hələ
məni belə sevən mənimdə çox
sevdiyim bir qız olmayıb. Nə olsun ki,
ayağı elədi onun ki, böyük ürəyi var o
ki, məni sevir deyə düşündü. Etdiyi
işdən çox peşman olub geri qayıtdı.
"Allahım nə olar orda olaydı
getməyərdi" dedi. Getdi sahilə qız
orda idi, amma cəsədi. O, suda
boğularaq ölmüşdü. İnsanlar qızın
cəsədin sudan çıxartmışdılar. Gül hələ
də əlində idi. Çox pis oldu oğlan qıza
yaxın getdi cəsədin qucaqlayıb
ağlamağa başladı. Artıg nə fayda o, öz
seçimini səhv etmişdi. Bir insanın
daxilin yox xaricin seçmişdi!
AĞLAMAĞIN ARTIQ HEÇ BİR FAYDASI
YOXDU!
[cavab]
SevinC15
20 Apr 2013 / 23:25
oxumusdum bunuu :P
[cavab]
ARDIMINUS
20 Apr 2013 / 23:25
eeee:(

Qiz gerek tez qerar vermezdi
[cavab]
Golf
20 Apr 2013 / 23:27
Cox heyecanla oxudum.Üreyim cixirdi yerinden.Ancaq men ETIRAZ edirem insanlarin kompda tani$ib görü$meklerine.Te$ekkür maraqlidi.
[cavab]
Juliet
20 Apr 2013 / 23:28
ARDIMINUS, oglan pis eledi axi :/
[cavab]
Juliet
20 Apr 2013 / 23:28
Golf, twk
[cavab]
ejla
20 Apr 2013 / 23:30
Off bunedi agladim:'( cox super
red. ejla (20.04 /23:31)
[cavab]
Juliet
20 Apr 2013 / 23:31
ejlam men de pis oldum oxuyanda,
[cavab]
Bölmeye qayıt