Aforizmler

pol Juliet 20 Apr 2013 / 18:15
Həyat şərtləri çətindir, ancaq bu
barədə çox düşünsən, bədbinləşə
bilərsən. (F.Nitsşe)
Həyatda vaxt öldürmək özünü
öldürmək deməkdir. (C.Pekk)
Mən əminəm ki, biz həyata əylənmək
üçün deyil, öyrənmək üçün gəlmişik.
(C.Robertson)
Həyat nə tamaşa, nə də bayramdır.
Həyat çətin bir imtahandır.
(C.Santayana)
İnsanı həyata bağlayan onun gözəl
cəhətləridir. (Sokrat)
Müdrik insan ölüm haqqında deyil,
həyat haqqında düşünməlidir.
(B.Spinoza)
Həyat avtomobil idarə etmək kimi bir
şeydir-nə qədər diqqətli və təcrübəli
olsan da, qəzaya uğramaq ehtimalı
həmişə var. (A.L.Stal)
Görmək və hiss etmək mövcud olmaq,
düçünmək isə yaşamaq deməkdir.
(U.Şekspir)
Dünyada dörd cür insan var: aşiqlər,
özünə vurğunlar, xəyalpərəstlər və
dəlilər. (İ.Ten)
Şərəfli ölüm şərəfsiz həyatdan
yaxşıdır. (Q.Təbrizi)
Həyatın ən gözəl cəhəti insanın özünü
tanımasıdır. Ancaq bunun nəticəsində
bədbəxt olmaq da mümkündür.
(L.Tolstoy)
Kişilər həyatı çox tez, qadınlar isə çox
gec dərk edirlər. (O.Uayld)
Başqalarının halına yana bilən insan
yaşamağa layiqdir. (Van Qoq)
Həyatın iki faciəsi var: biri arzumuza
çata bilməmək, digəri isə istədiyimizi
əldə etməkdir. (C.Vatson)
Maddi və mənəvi problemləri özünə
dərd eləməyən insanın həyatı xoş
keçər. (F.Volter)
İnsan həyatının bir dövründə aldanır, o
biri dövründə aldadır. Başqa sözlə
desək, dünyaya quzu kimi gəlir, tülkü
kimi gedir. (F.Volter)
Böyük işlər görmək üçün elə
yaşamalısan ki, sanki heç vaxt
ölməyəcəksən. (L.Vovenarq)

[cavab]

pol *_FoReVeR_* 20 Apr 2013 / 18:15
:)

[cavab]

pol Juliet 20 Apr 2013 / 18:16
Mən həyatın mənasını yorulmadan
işləməkdə və çətinliklərlə
döyüşməkdə görürəm. (A.Bek)
Hər gün insan üçün yeni bir həyatdır.
(R.Beyker)
Bir gün ürəyincə yaşamaq yüz il
sürünə sürünə yaşamaqdan yaxşıdır.
(Ş.Bodler)
Həyat yuxuda da öz sonuna doğru
gedir. (A.Bule)
Dünya hamıya çatacaq qədər
böyükdür. Başqasının yerini tutmağa
çalışmaqdansa, öz yerin haqqında
fikirləş.(Ç.Çaplin)
Əhəmiyyətsiz saydığımız ən adi
hadisələr bəzən həyatımızı
cəhənnəmə döndərə bilər. (A.Dante)
Başqalarının həyatından dərs almağı
bacaran insan xoşbəxtdir. (T.Fontane)
Dünyada üç fəlakət var: yanğın, qadın,
dəniz. (Ezop)
Bu gözəl həyat təkcə bizim deyil.Bu
həqiqəti anlayıb başqalarına ziyan
vermədən yaşamağı öyrənməliyik.
(Z.Freyd)
Dünyada xeyir iş görməyən insan
əbəs yerə yaşayır. (C.Fuller)
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.
(M.Gəncəvi)
Ömrün müddəti deyil, bu ömrü necə
yaşadığın əhəmiyyətlidir. (H.Holley)
Faydasız həyat- vaxtsız ölümə
bərabərdir. (İ.Höte)
Namusla yaşamaq üçün insan öz
səhvlərini görüb düzəltməlidir.
(V.İrvinq)
Dünyaya ağlaya-ağlaya gəlirik deyə
ömür boyu ağlamayacağıq ki!
(A.Kapus)
Özümüz istəməsək, heç kəs
həyatımıza təsir edə bilməz.
(D.Karnegi)
Həyatdan zövq almaq üçün qarşıda bir
məqsəd olmalıdır. (Ç.Kolton)
Həyat əvvəldən axıradək
öyrənməkdir. (J.Labrüer)
İnsanın həyatinda cəmi üç böyük
hadisə var: doğulmaq, yaşamaq və
ölmək. O necə doğulduğunu hiss
etmir,insan kimi yaşamağı unudur və
əzablar içində ölür. (J.Labrüer)
Yalnız yaşamaq deyil, yaşatmaq da
vacibdir. (Menandr)
Elə yaşamalısan ki, öləndən sonra da
ölməyəsən- həyatın məqsədi məhz
budur. (C.Məmmədquluzadə)
Əsl qəhrəmanlıq həyatda mübarizə
aparıb qalib gəlməkdir. (Napoleon)

[cavab]

pol *_FoReVeR_* 20 Apr 2013 / 18:17
;)

[cavab]

pol Juliet 20 Apr 2013 / 18:18
Tolerantlıq sözü mənim xoşuma
gəlmir, lakin mən bundan yaxsı söz
tanımıram(Mahatma Qandı)
Eger bir yerdə kiçik insanların kölgəsi
böyüyürsə, demək o yerdə Günəş
batır.
Haqqı hər zaman müdafiə et, anlayan
olmasa belə vicdanına hesab
verməkdən xilas olarsan. (Herbert
Uels)
Hər bir gözəllikdə pislik axtaranlar
korlanmış insanlardır,bu günahdır.Hər
bir gözəllikdə onun yüksək mənasını
görənlər mədəni insanlardır,əsil insan
isə gözəllikdə elə gözəlliyi görməyi
bacaranlardır. (Oskar Uayld)
Azadlıq ifrat dərəcəsinə çatdıqda
özbaşınalığa çevrilir. (M.QANDİ)
Yumor-zarafat arxasında gizlənən
ciddilikdir. (P.E.VEYS)
Kişilər sevişmək,qadınlar isə
məhəbbət arzusundadır. (Z.Freyd)
Amma sonda hamısı eyni işlə
məşğuldur. (SARİ QABOR)
Aşiq olarkən insan ağlını itirir və yalnız
evləndikdən sonra bu itkini hiss edir.
(SAFİR MORİÇ)
Qadin çox şey istəyir,amma
birindən.Kişi bir şey istəyir,amma
çoxundan. (KONSTANTİN MELAXİN)
Necə ər istəyirsən-kasıb,yoxsa varlı?
Kasıba ərə gedəcəksən-ərindən başqa
heç nəyin olmayacaq.Varlıya ərə
gedəcəksən-ərindən başqa hər şeyin
olacaq. (KONSTANTİN MELAXİN)
Sənin qəbahətlərini üzünə deyən
düşmən,bunları gizlədən dostdan
yaxşıdır. (SOKRAT)
Yaxşı geyinmiş axmaq məclisdə ağzını
açana qədər parlayacaq. (Qədim Hind
aforizmi)
Hünərsiz ağıl qadınlara,ağılsız hünər
heyvanlara xasdır. (Qədim Hind
aforizmi)
Mübarizəsiz həyat olduqca cansıxıcıdır.
(M.Y.LERMONTOV)
Mənə elə dost lazım deyil ki,hər şeydə
mənimlə razılaşsın,mən başımı əyəndə
o da əysin,ona qalsa mənim kölgəmdə
dostdur. (PLUTARX)
Sözün qədrini bilməyən zəif düşüncəli
adam adətən çox danışar.
(Ş.MONTYESKE)
Arxanca danışırlarsa deməli sən
qabaqdasan. (Cin atalar sözü)
Bu qısa ömrü əbədi həyatmış kimi
yaşamaq lazımdır. (Cin atalar sözü)
Həyat hərəkət deməkdir, su da
axmayanda iylənir. (Aristotel)
Heyat beşiklə məzar arasında sınaq
müddətidir.( O.Balzak)
Ölmək dəhşət deyil, dəhşət
yaşamaqdır. (A.Barbüs)

[cavab]

pol YeK*FeRmeR 20 Apr 2013 / 20:29

[cavab]

pol ejla 20 Apr 2013 / 21:18
Dünyada dörd cür insan var:
aşiqlər,
özünə vurğunlar, xəyalpərəstlər
və
dəlilər. (İ.Ten)
Bunlardan ya ozune vurgunam yada deli hamsi superdi

[cavab]

pol Juliet 20 Apr 2013 / 21:23
ejla, twk

[cavab]

pol _Ulduz_ 20 Apr 2013 / 22:44
eladi canim.bezileri insani cox derin duwuncelere aparir..ellerine sagliq. :)

[cavab]

pol Juliet 20 Apr 2013 / 22:46
_Ulduz_, beyendinse xowdu canim

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1637 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az