Heyatin menasi nedir?(Made in ehliman051)

pol ehliman051 1 Avq 2012 / 17:27
Bir vaxtlar bir nəfər “Həyatın mənası nədir?” deyə sualını beyninə salmışdır. Tapdığı cavablar onu qane etməmiş və digərlərindən soruşmaq qərarına gəlmişdir. Yenə də aldığı cavablar onu qane etmədi. Əlbət bir cavabı vardır deyirdi. Və gəzib hər kəsdən bunu soruşacağını qərar vermiş. Kənd, qəsəbə qalmamışdı ki, soruşmasın, zaman da dayanmırdı təbii ki.

Tam ümidi kəsildiyində bir kənddə danışdığı insanlardan biri ona : “Bu qarşıdakı dağları görürsənmi? Orda bir müdrik yaşayır. İstəyirsənsə onun yanına get, o sənə axtardığın cavabı deyəcək” demişdi...

Çox çətin, uzun - uzadı yol getdikdən sonra nəhayət gəlib çıxdı həmin deyilən müdrikin yanına. Qapıdan içəri girib, müdrikdən “həyatın mənası nədir?” soruşdu. Müdrik “sənə kömək edə bilərəm, ama ilk öncə bir imtahandan keçməyin lazımdır” dedi.

Həmin adam qəbul etdi bunu təbii ki. Çünki nəyin bahasına olursa o bilmək istəyirdi. Müdrik ona içərisi zeytun yağı ilə dolu olan bir çay qaşığı verdi. “İndi çıx get, bağçada bir dövrə vur gəl. Amma diqqət yetir, qaşıqdakı zeytun yağı bir damcı əksilməsin, əgər dağılırsa bax o zaman itirəcəksən”.

O, gözü çay qaşığında qalaraq bağçanı tam bir dövrə vurub gəldi. Müdrik çay qaşığına baxıb zeytun yağının heç dağılmadığını görüb dedi:

“Bəli, əhsən sənə. Bağça necə idi?”

Adam dedi: “Mən qaşıqdan başqa heç bir yerə baxmadım ki”.

“Indi təkrarən bağçanı gəz, qaşıq yenə əlində olacaq amma bağçanı tam araşdır, hər yerə göz at, sonra gəl” – deyə müdrik ona söylədi.

Həmin adam təkrar bağçaya geri dönüb, bağçanın bütün gözəlliklərini gördü. Çünki çox böyük və gözəl bir bağçada idi. Bu gözəlliklə sanki böyüdüyünü hiss etdi.

Geri dönəndə müdrik ondan bağçanın necə olduğunu soruşanda adam ona gördüyü bütün gözəlliklərdən danışdı. Müdrik gülümsədi və qaşıqda heç bir yağın qalmadığını gördü və əlavə etdi:

"Həyat sənin baxışınla məna qazanır, ya təkcə bir nöqtəni görərsən həyatin axıb gedər sən fərqinə varmarsan. Ya da görəbiləcəyin bütün gözəlliklərin tam ortasında həyatı yaşayarsan axıb gedən zamanın məna qazanar ... "

"Həyatın mənası sənin baxışlarında gizlidir"
PS. Bəs siz, həyatın mənasının nədə olduğunu görürsünüz və ya necə izah edə bilərsiniz?

[cavab]

pol MaqnuM 1 Avq 2012 / 17:32
bah, bah, bah.... Men movzularin axirinda by: MaqnuM yaziram deye, sende kecdin made in ehlimana?

[cavab]

pol ehliman051 1 Avq 2012 / 17:40
MaqnuM,agali men bunu sennen qabaq bilirem,ozude seni kimi by MagnuM yazmiram haa

[cavab]

pol MaqnuM 1 Avq 2012 / 17:44
ehliman051, ferqi yoxdu. Fakt ki menden sora yazdin

[cavab]

pol ehliman051 1 Avq 2012 / 17:46
MaqnuM,ay brat zato "by"yazmamisam ki

[cavab]

pol Harun 1 Avq 2012 / 18:31
spor etmeyin qaqawlarim herikinizinkide cox eladir herikinizede halal olsun

[cavab]

pol behbud 1 Avq 2012 / 19:07
Salam . Hekaye gozeldi. Qaldi ki movzunun axirina ad yazmaga o temani forumda men yaratmiwam.

[cavab]

pol MaqnuM 1 Avq 2012 / 19:17
behbud, men senden goturmemiwem...
Biz zarafat edirik

[cavab]

pol behbud 1 Avq 2012 / 19:56
MaqnuM,esas odurki patenti mene aiddi.

[cavab]

pol xuliqanYusif 1 Avq 2012 / 20:06
Cox gozeldi xosuma geldi elhiman mudrukun yanina geden sen idin??

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.176 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az