BiZim UwaqLigiMiZ :/
Isok
19 Apr 2013 / 19:21
Uşaqlıq deyib keçməyin,
biz o zamanlar çox şey
öyrənmişik.
- Tom & Jerry cizgi filminin
bitdiyi tam zənn
edərkən, yenidən
nərildəyən şiri görmək bizi
həyatın xoş surprizlərinə
hazırladı.
- “Tapança-tapanç a”
oynayardıq və heç zaman
da bir-birimizə
ölmədiyimizi, güllənin yan
keçdiyini
sübut edə bilməzdik. Bu
bizə düşüncələrimiz
uğruna mübarizə aparmağı
öyrətdi.
- Məhəllə futbolunda topu
uzağa vurdunsa, ya da
qonşunun həyətinə
düşdüsə sən gedib
gətirməli
idin, beləliklə etdiyimiz
səhvlərin nəticələrinə
qatlanmağı öyrəndik.
- Soyuducunun işiğının nə
zaman söndüyünü
araşdırmağa başladıq, bu
bizə kəşf etməyi öyrətdi. -
“Alma desəm çıxarsan,
armud desəm çıxmazsan”
gizlənqaç oynundakı bu
söhbət bizə ortaq sirləri
öyrətdi. - Günəbaxan
tumlarının bir miqdarını
çırtlayıb
kənara yığıb sonra
hamısını birdən yemək
bizə hər
əziyyətin sonunda
sürəcəyimiz keyfi öyrətdi.
- Top çiləmək oyununda
qarşı tərəfə “fora” vermək
bizə zəifləri əzməməyi,
onlara güzəştə getməyi
öyrətdi. - Oyunlar
oynarkən oynadığımız
əşyaların sahibləri
inciyərlərdisə oyun bitərdi.
Bu bizə imkanın verdiyi
səlahiyyətləri göstərdi.
İndiki uşaqlar bilmәz
bunları
[cavab]
Rusa
19 Apr 2013 / 19:24
Hmmm.... :)
[cavab]
Bölmeye qayıt
0.1396 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az