SEN GORDUYUN YUXUNU MEN DE GORMUSEM

pol ehliman051 1 Avq 2012 / 14:44
Günlərin bir günü xəlifə Harun ər-Rəşid yuxuda misli-bərabəri olmayan bir saray görür. Sarayın kimə məxsus olduğunu soruşduqda : > deyirlər.
Xəlifə saraya heyran qalır. Onu Bəhluldan almaq istəyir. Elə bu vaxt hökmdar yuxudan oyanır. Tez Bəhlulu axtarır, onu çölün düzündə tapır. Görür ki, Bəhlul palçıqdan oyuncaq evciklər düzəldir. Harun ər-Rəşid Bəhluldan soruşur :
- Bunlar nədir ?
Bəhlul cavab verib deyir :
- Xəlifə sağ olsun, saraydır.
- Düzəltdiyin bu sarayı mənə satarsanmı?
Bəhlul gülərək deyir :
- Xeyr ?
- Niyə ?
- Ona görə ki, sən gördüyün yuxunu mən də görmüşəm.



Onlar o qədər də çox deyil

Günlərin bir günü Bəhlula deyirlər :
- Ey Bəhlul, Bəsrə divanələrini saya bilərsənmi ?
Bəhlul dedi :
- Siz mənə müşkül iş buyurursunuz. Onları saymaqla qurtaran deyil. Desəniz ağıllıları say, bu başqa məsələ. Sayaram. Onlar siz deyən qədər də çox deyil.


Elə isə əmrimdə müntəzir dur

Harun ər-Rəşid həmişə Şeyx Bəhlulu məclisinə çağırtdırıb, onun hazırcavablığından zövqlənib əylənərmiş. Günlərin bir günü xəlifənin vəzirlərindən biri ələ salmaq məqsədilə Bəhlula deyir :
- Muştuluğumu ver, Bəhlul ! Əmirəlmöminin səni öküz və eşşəklərə sərkərdə təyin etmişdir.
Bəhlul deyir :
- Deməli, sən də mənim rəiyyətlərimdən birisən. Elə isə əmrimdə müntəzir dur !



Onlar da yeməz

Günlərin bir günü xəlifə Harun ər-Rəşid Bəhlul Danəndəyə şam yeməyi göndərir. Bəhlul yeməyi alıb itlərin qabağına qoyur.
Xörək gətirən :
- Xəlifənin sovqatını hansı əmirə aparsaydım sevinər və mənə hədiyə də verərdi. Amma sən onları itlərə verdin.
Bəhlul deyir :
- Astadan danış. İtlər eşitsələr ki, pay xəlifənin mətbəxindən gəlib onlar da yeməz.


Get, peyğəmbərliyini elə

Bir dəfə Bəhlul özünü peyğəmbər elan edir. Xəlifə bunu eşidib, Bəhlulu hüzuruna çağırtdırır və ondan xəbər alır.
- Sən kimsən ?
- Mən peyğəmbərəm – deyə Bəhlul cavab verir.
- Peyğəmbər olduğunu sübut edən bir möcüzə göstərə bilərsənmi ?
- Bəli !
- Məsələn necə ?
- Məsələn, mən adamın düşündüyü fikiri oxuya bilərəm ?
- Xəlifə sağ olsun, sən fikirləşirsən ki, mən yalan deyirəm, peyğəmbər deyiləm.
Harun gülür :
- Sənə deyəcək sözüm yoxdur. Get, peyğəmbərliyini elə !

Mənbə : “ Şərq xalqlarının lətifələri ” kitabı

[cavab]

pol Kentci_8ala 1 Avq 2012 / 15:00
Maraqlidi

[cavab]

pol cudo 16 İyun 2013 / 22:21
cox maraqlidi

[cavab]

pol EMIN98 16 İyun 2013 / 22:26
Maraqlidi.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1379 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az