Bürclərin sevgidə qısqanclıq halları (2ci hisse)

pol Repery 19 Apr 2013 / 00:47
Əqrəb bürcü — qısqanclıq əqrəb bürcünün yaşam tərzidir. Digər bürclərin uzaq durduğu şeyləri də əqrəblər qısqanır. Özünü kontrol etmə arzusuna nail ola bilmirlər. Hadisələrin gedişatı zamanı idarəni itirsələr, fırtına qopa və dəhşətli hadisələr baş verə bilər. İnsanlarla münasibətlərdə siyası davranışlar sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da, güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah və ürəyitəmiz olurlar.

Oxatan bürcü — adətən bu bürclər qısqanc deyil. Dəyişkən xarakterə malik olduğu üçün qısqanclıq hissləri baş qaldırdığı zaman nə cür hərəkət edəcəklərini bilmirlər. Qısqanclıq hislərini ciddi cəhdlə gizlətməyə çalışsalar da, bacarmırlar. Qısqanc oxatan bürcünü sakitləşdirməyin ən yaxşı yolu onu anlamaqdır.

Oğlaq bürcü — məntiqli düşünüb hər zaman yüksəlməyi düşünür və çevrəsindəki insanların onları geridə qoyduğunu gördüyü zaman qısqanc olurlar. İnsanlarla münasibətlərdə öz mənfəətlərini güdürlər. Qarşıdakı insandan heç bir mənfəət əldə etmədikdə isə qısqanclıqdan ağlagəlməz hərəkətlər edə bilər. Sədaqətinizə güvənməyən oğlaq bürcü ilə birlikdə xoşbəxt olmaq çox çətindir.

Dolça bürcü — hər bir insan kimi dolçalarda hərdən qısqanclıq hisslərinin əsiri olur. Lakin digər bürclərlə müqayisədə dolçalar demək olar ki, qısqanclıq hiss etmirlər. Onlar qısqanclıq səhnələrinə sərf edilən vaxtı başqa məşğuliyyətlərlə əvəz etməyin tərəfdarıdır. Özləri qısqanc olmadığı üçün başqalarının qısqanclıq hisslərini başa düşmür və mənasız hesab edirlər. Onlara qarşı qısqanc olmadığınız müddətdə münasibətləriniz normal və qaydasında gedəcək.

Balıqlar bürcü — qısqanclıq balıq bürcləri üçün ən zərərli duyğulardan biridir. Qısqanclıq hiss etdiyi zaman ürəyinin yağını yeyib dərin kədərə bürünürlər. Sevdiyi insanlara hər zaman sahib çıxdıqları üçün qısqanclıq onları rahat buraxmır. Bir yandan da başqalarının onları qısqanmağından xoşları gəlmir çünki azadlıqları düşkün insanlar olur. Özlərini güvəndə hiss etdikləri müddətdə qısqanclıq böhranına girmirlər.

[cavab]

pol EMIN98 19 Apr 2013 / 00:53
Oglaq.

[cavab]

pol fanidunya 19 Apr 2013 / 00:56
Dolca . Suppa.

[cavab]

pol EMIN98 19 Apr 2013 / 00:57
Burdaki qisqancliq bawqa qisqancliqdi. Ele bildim sevgi barededi

[cavab]

pol Shuvelanli 19 Apr 2013 / 01:03
Dolça super

[cavab]

pol Fayiq 19 Apr 2013 / 02:15
Dolca

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1372 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az