Bürclərin sevgidə qısqanclıq halları(1ci hisse)

pol Repery 19 Apr 2013 / 00:46
Qoç bürcü - həmişə ön planda olmağı sevən qoçlar, arxa planda olduğu zaman öz mövqeyi artıqlaması isə göstərəcək. Özünə güvənən bir tip olduğu üçün ikinci planda qaldığı zaman qısqanclıq hissi onu rahat buraxmır. Qısqanclığı hiss olduğu zaman qarşıdakı insanı istəmədən də incidə bilər. Münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Özünə rəqib gördüyü zaman hirsli və əsəbi olur. Eyni zamanda qarşı tərəfin diqqətini həmişə öz üzərində hiss etmək istəyir. Qoçlar dürüst olduğu üçün hər şeyi həyat yoldaşları ilə paylaşmaqdan zövq alır.

Buğa bürcü — üçün qısqanmaq təbii duyğulardan biridir. Buğalar əldə etmədiyi hər şeyə qarşı aqressiv və qısqanclıq hiss edir. Bu duyğu onları daha yüksək işlərə motivasiya edə bilər. Lakin qısqanclıq hissinə hakim olmadıqları zaman insanları sıxa bilərlər. Rahatlığına düşkün olan buğalar, qısqanclıqları ilə həm özünü, həm də insanları narahat edir. Sevgidə isə qısqanclıq onlar üçün sevginin əsas göstəricisidir. İki buğanın birlikdə sevgi yaşaması olduqca çətin olur.

Əkizlər bürcü - şəxsi həyatlarında əkizlərin başqa bir insana o qədər də ehtiyac olmur. İlk baxışda qısqanclıq nəzərə çarpmır. Əkizlər çox pozitiv bürc olduğu üçün qısqanclıq və xoşagəlməz duyğuları açıq şəkildə göstərmək yerinə, gizlədir. Hər zaman şən və pozitivlikdən yana olduğu qısqanclıq duyğuları hiss olunmur. Qəlbi qırılmadığı müddətdə qısqanclıq duyğularını qətiyyən göstərmir, əksinə vecinə olmadığını nümayiş etdirir. Əkizləri sevindirmək çox çətin məsələdir. Əkizlərlə sevgi yaşamaq istəyənlər hər şeydən əvvəl səmimi, mehriban və dürüst olmalıdır.

Xərçəng bürcü - aşırı duyğusal olan xərçəng bürcü qısqanclıq mövzusunda geri qalmır. Qısqanclıq hisslərinin əsiri olduğu zaman xərçənglər, çevrəsindəki hər kəslə qəddar davranır. Gərgin və narahat halı ilə hər kəsdə qıcıq yaradır. Qısqanclıqların ən yüksək həddi olanda isə ətrafındakı insanları incidə və təzyiq göstərə bilərlər. Yalan danışdığınızı o dəqiqə hiss edirlər. Güvəni sarsıldığı zaman onu bərpa etmək üçün uzun vaxt lazım olur.

Şir bürcü - ərköyün olduğu üçün diqqət gözləyir. Lider ruhlu olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə təmin olmaqlarını gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədiyi üçün qısqanclıq duyğuları açıq şəkildə hiss olunur. Bundan isə stressə düşürlər. Qısqanc olduqları zaman ətrafında olan hər kəsi günahlandıra və pis rəftar edə bilərlər. Onların inamını qazandığınız zaman sarsıtmaq asan deyil. Yəni, səhvlərinizi bağışlaya bilirlər.

Qız bürcü — sakit, soyuqqanlı və məntiqli davranır. Bu baxımdan qız bürcü qısqanclıqdan uzaq durur. Lakin hər insanın olduğu kimi qızların da zəif nöqtələri var. Qısqanclığa qapıldığı zaman depressiyaya düşür və küsəyən olur. Ətrafındakı insanları sərt şəkildə tənqid edir. Qızlar qısqanc duyğusunu yaşamır və yaşatmazlar lakin onları qısqanclığa sürükləyən davranışlardan uzaq durun. Çünki bu pis nəticələrə gətirib çıxara bilər.

Tərəzi bürcü — son dərəcə şən həyat sürən tərəzilər üçün qısqanclıq duyğusu bəlli edilməyən duyğudur. Lakin hərdən diqqətləri üzərinə çəkə bilmədikləri üçün qısqanclığa qapıla bilərlər. Qısqanclıq səhnəsi göstərdikdən sonra kin saxlamırlar. Çox qürurlu olduqları üçün əsasən qısqanclıqları göstərməməyə çalışırlar...
red. Repery (19.04 /00:47)

[cavab]

pol BlackBerry-Elik 19 Apr 2013 / 00:51
Sir.♌

[cavab]

pol Golf 19 Apr 2013 / 01:01
Xerceng.dogrudu her $ey.

[cavab]

pol Ceyla 19 Apr 2013 / 01:09
Xerceng-dogrudur. Qisqancliqda sınır tanimam

[cavab]

pol Ferid63 19 Apr 2013 / 02:40
Qiz - Sehvdir ...

[cavab]

pol L_SimuS 19 Apr 2013 / 06:49
Buğa bürcü:)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1608 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az