Bir Kendirin Hesabi (Maraqli Hekaye - by:MaqnuM)

pol MaqnuM 31 İyul 2012 / 21:48
Varlı bir insan ölümdən və qəbirdə tək qalmaqdan çox qorxurmuş. “Basdırıldığım gecə mənimlə birlikdə qəbirdə qalan insana var-dövlətimin yarısını bağışlayıram” , - deyə vəsiyyət edir.
Öldüyü gün onun vəsiyyətini aləmə car çəkirlər. Bir hambal: “Dünyada varım-yoxum bir kəndirim var, bir gecəni qəbirdə keçirim, sonra dünyanın ən varlı insanlarından biri olaram”, - deyib, bir gecəni qəbirdə keçirməyə razılaşır. Hambalı ölü ilə birlikdə qəbrə qoyurlar.
Sorğu-sual mələkləri gəlib görürlər ki, qəbirdə bir ölü, bir də diri var. “Ölü onsuz da əlimizdədir, yaxşısı diridən başlamaqdır”, - deyib, hambalı hesaba çəkirlər. “Bu kəndir kimindir? Onu haradan almısan? Neçəyə almısan? Niyə almısan? İndiyə qədər onunla nə daşımısan?”... Sabaha qədər bu suallar bitmir.
Hambal səhərisi günü qəbirdən çıxır. Ona: “Var-dövlətin yarısı sənindir”, - dedikdə: “Xeyr, istəmirəm. Səhərə qədər bir kəndirin hesabını verib qurtara bilmədim, bu boyda sərvətin hesabını necə verəcəyəm?”, - cavabını verir.
Həyatda istifadə etdiyimiz nemətlərin hesabını vermək asan olmayacaq.

[cavab]

pol Re_Maker 31 İyul 2012 / 23:24
çox maraqlıdı.

[cavab]

pol Golf 1 Avq 2012 / 00:23
Hmmm.Bele davam ele..buda ayri bir maraq..

[cavab]

pol xuliqanYusif 1 Avq 2012 / 03:22
Birat birsey bawa duwmedim amma oxudum

[cavab]

pol MaqnuM 1 Avq 2012 / 04:27
xuliqanYusif, qaqash aciq yazmiwam. bawa duwmemezlik ne varki?

[cavab]

pol Ayla 1 Avq 2012 / 05:54
elaa bir hekayeyle AXIRETin tesviri......
red. Ayla (01.08 /05:54)

[cavab]

pol ehliman051 1 Avq 2012 / 06:28
MaqnuM,maraqliydi,twk

[cavab]

pol _Ulduz_ 20 İyun 2013 / 02:33
heqiqeten boyuk mena var.

[cavab]

pol Nur 20 İyun 2013 / 02:48
ela super

[cavab]

pol @Damla@ 20 İyun 2013 / 03:04
maraqlidi twk

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1764 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az