ZARAFAT :)
Juliet
17 Apr 2013 / 16:05
Bakı Dövlət Universitetində oxuyan
gənc qız Yevlaxda yaxşı vəzifədə
işləyən atasına zəng edir;
— «Ata, salam. Mən Lalə».
— «Ooooo… Gözəl qızım mənim.
Necəsən? Nə var nə yox?».
— «Heç soruşma atacığım. Heç kefim
yoxdu vallah».
— «Xeyirdir? Bir problem var?».
Qız ağlamaya başlayır və atası isə
qızının ağlamaq səslərini eşidir və çox
narahat olur;
— «Nooldu qızım? İzah etsənə!!!».
— «Murad evi tərk etdi. Boşanmaq
istəyirmiş».
— «Nə evi azzz? Nə boşanmağı? Sən
nə vaxt evləndin ki indi də
boşanırsan???».
— «Xatırlayırsan, sənin heç xoşuna
gəlməyən narkoman oğlan var idi ee
mən onunla evləndim».
— «Böyük qələt elədin, tərbiyəsiz!!!
Nəysə, artıq edəcək bir şey yox!
Versin məhkəməyə, dərhal boşanın».
— «Boşanaq ee amma məndən 1
milyon manat istəyir. Əgər
verməzsəm, münasibətimiz yaxşı olan
vaxtlarda çəkdiyi çılpaq şəkillərimi
internetdən hər kəsə göndərəcəyini
söylədi».
— «Alçaq qızı alçaq!!! Çılpaq fotoşəkil
də çəkdirdin, eləmi?».
— «Amma atacığım, o vaxt o mənim
ərim idi. Nə biləydim belə bir hərəkət
edəcəyini».
— «Yaxşı day… Olan olmuş artıq.
Sabah göndərərəm pulu günortadan
sonra banka gedib götürərsən
verərsən o utanmaz narkoman ərinə!
Sonra da alarsan ondan bütün çılpaq
şəkillərini yandırarsan hamsını bir-
bir».
— «Sağ ol ata… Ata bir də ki, abort
etdirmək üçün 100 min manata
ehtiyacım var».
Qızın atasının vəziyyəti əməlli başlı
pisləşdi.
— «Abort??? Hamiləmi qaldın o
narkoman oğlandan sən?».
— "Əslində ondan deyil… Tanıdığım
zənci bir oğlan vardı, ondan hamilə
qalmışam...Elə buna görə boşanmaq
istəyir də sənin narkoman dediyin
oğlan məndən...".
Yazıq kişi huşunu itirmək üzrədir.
Nəbzi yüksəlir, təzyiqi düşür, artıq
inləyərək danışmaqdadır;
— «Biz səni oraya oxumağa
göndərmişdik. Sən nə işlərlə məşğul
olmusan?!». Allahım nədir bu başımıza
gələnlər… Universiteti bitirər bitirməz
Yevlaxa qayıt, yoxsa ayaqlarını
qıraram sənin!".
— "İstəsən dərhal dönə bilərəm
atacığım. Mən keçən il universitetdən
qovuldum çünki".
Kişi əsəbindən stolun üzərindəki
soyuq su dolu stəkanı başından
aşağıya tökür və ancaq bu şəkildə
danışmağını davam etdirə bilir;
— «Univesitetdən qovuldun??? Bəs
mən səni orda boşuna
oxutdururdum??? Sənin Hüquq
fakültəsində təhsil alman üçün nə
qədər əziyyət çəkmişdim bilirsən heç
sən??? Sən bir Yevlaxa gəl mən sənə
neynəyəcəm bilirəm! İlk istəyənlə də
evləndirəcəm səni!».
— «Evlənmək işi bir az çətin məsələ
olacaq ata. Özün də bilirsən indi moda
olub, artıq evlənmədən əvvəl oğlan və
qız bir-birlərindən sağlamlıq haqqında
kağız istəyirlər. Mən çox yaxşı bir
sağlamlıq haqqında kağız təqdim
edəcəyimi zənn etmirəm».
— «Allahım, dəli olacam!!! Bir də cinsi
xəstəliklərə yoluxmusan, həə???..
100% o zəncidən keçib sənə!».
— «Yox, onun çox murdar yoldaşları
vardı. Bilməm artıq onların hansından
keçib».
Birdən bərkdən səs gəldi. Sanki nəsə
yerə düşdü. Sən demə yazıq kişi bu
sözləri eşidən kimi telefonun dəstəyi
əlindən düşdü. Yenidən özünü
toparladı kişi və danışağa davam elədi:
— «Dərhal bu axşam dayını
göndərirəm oraya səni götürüb
gələcək. Ünvanını ver tez!».
— "İndi mən Polis Şöbəsindəyəm ata.
Dayıma deyersən gələndə özü ilə 50
min manata yaxın pul gətirsin".
— «Nəə Polis Şöbəsi?! Bir də Polis
Şöbəsinə düşmüsən azzzz???? Hansı
qələti eləmisən?».
— «Dünən çox əsəbləşdim getdim
bara xeyli içdim, çox sərxoş idim…
Gecə avtomobil kirayəyə götürüb
gəzməyə çıxmışdım. Zövq üçün sürəti
artırdım bir az. Hər halda sərxoş
olduğuma görə yolun qırağındakı bir
türk restoranına çırpıldım. Maşın
yaman günə düşdü. Restorana da
ziyan dəydi. Amma yaxşı ki kimsə
ölmədi. Restoran sahibi və kirayə
avtomobil firması deyirlər ki bizə
dəyən zərəri ödə biz də səndən
şikayətçi olmayaq».
Kişinin vəziyyəti çox pisləşdi. Hətta
pisləşmək nə sözdür ee sanki qəhr
olmuşdu yazıq kişi. Telefonda qısa bir
səssizlik yarandı. Qız atasının ağır
vəziyyətdə olduğun görsə də
danışmağa davam edir:
— «Atacığım qətiyyən kədərlənmə
bütün bunlar bir zarafat idi. Mən yalnız
imtahandan kəsildiyimi sənə demək
üçün zəng eləmişdim».
Bunu eşidən kimi kişi sevinclə və
xoşbəxtliklə qışqırdı:
— «Canın sağ olsun mənim gözəl
qızım, boş veeerrr. Bir imtahan nədir
ki? Heç mühüm deyil, canın sağ olsun
mənim şipşirim qızım»...:)))
[cavab]
fanidunya
17 Apr 2013 / 16:09
superrrr
[cavab]
hostpromete
17 Apr 2013 / 16:12
Ela idi
[cavab]
qwerty97
17 Apr 2013 / 16:23
aydaaa superiydiyyyeee
[cavab]
*_FoReVeR_*
17 Apr 2013 / 16:24
[cavab]
Juliet
17 Apr 2013 / 16:25
tewekkurler
[cavab]
ejla
17 Apr 2013 / 16:25
pfff hansi qiz atasiyla ele daniwar infakt olmuwdumee:( superdi:)
[cavab]
Juliet
17 Apr 2013 / 16:28
ejla, caan :)
[cavab]
_Ulduz_
17 Apr 2013 / 16:33
bu neydi :) bawdan xarab qiz yazig kiwini infakt elemiwdi.
Maragliydi
[cavab]
Juliet
17 Apr 2013 / 16:36
_Ulduz_, hee :)
[cavab]
Bölmeye qayıt
0.1827 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az