COXX Qorxulu hekaye "11"

pol Sudden_Death 17 Apr 2013 / 00:45
Qaldığımız evdən o qədər də
uzaq olmayan bir ərazidə tərk
edilmiş bir ev var idi. O ev
haqqında bir çox hadisələr
danışılırdı. Bəziləri orda
şeytanların qaldığını , bəziləri isə
evin keçmiş sahiblərinin
kabusunun orada yaşadığını
söyləyirdi. Amma əsl həqiqəti
öyrənmək üçün o evə girməyə
heç kəs cəsarət etmirdi. Mənim
isə həyəcan yasamağı sevdiyimi
dostlarım belə bilirdi. O evə
baxmaq dəlilik idi. Amma bunun
üçün dostlarımı məcbur etdim.
Tək gedə bilməzdim, yanımda da
kimsə olmalı idi, ən azından
qorxmamaq üçün. Bir gun mən
və 3 dostum ora getməyə qərar
verdik və o evə girib içinde nə
olduğuna baxacaqdıq. Səhər
getsək evdən icazə
verməyəcəkdilər. Ona görə gecə
görüşməyi qərara aldıq. Axsam
00:30 olardı, evdən çıxıb o evin
yanına doğru gedirdim. Gecə
olduğundan bir az ləngimişdim,
mən ora çatanda artıq dostlarım
məni gözləyirdilər. "Niyə belə gec
gəldin?" deyə üstümə
acıqlandılar. "Evdəkilər gec yatdı"
deyə cavab verdim, "ona görə
biraz gecikdim". Fənərlərimizi
yandırdıq, bağçaya daxil olduq.
Əvvəlcə bayırdan evə göz
gəzdirdim. Olduqca köhnə idi,
pəncərələri toz basmışdı, hətta
bəzi yerlərdən sınmışdılar da. İki
mərtəbəli olsa da külək vurduqca
sanki evin balkon hissəsi
silkələnirdi. Hər otaqda iki-üç
pəncərə var idi və çoxlu şüşələri.
Başımı qapıya tərəf çevirəndə
sanki pəncərədən kiminsə mənə
baxdığını gördüm. Bu ola
bilməzdi, axı o evdə illərdi heç
kəs qalmır, hətta yanından belə
keçmirlər. Bir anlıq baş verdiyi
üçün elə də aydın görə bilmədim,
həmən yerə baxdıqda isə artıq
heç bir şey yox idi. Qaranlıqda
gözümə görsənib deyə çox fikir
vermədim. Qapıya doğru
yaxınlaşdıq. Qapı köhnə
olduğundan bir iki zərbəyə açıldı.
Diqqətlicə baxırdım, yerə yıxılmış
köhnə stol-stul və pianino var idi.
Bu hələ kalidor idi. İçəridə bir
neçə otaq daha var idi və ikinci
mərtəbə. Evin divarlarını və
tavanını hörümçək torları
basmışdı. Döşəmə qarışıq evin
bəzi yerləri qaralmışdı. Birazda
baxdıqda vaxtilə burda yanğın
çıxdığını anladım. İçeriye addım
atdım, arxamda isə dostlarım
gəlirdilər. Üzümə soyuq bir külək
vurduğunu hiss elədim. Bəlkə də
bu bir salamlama idi onlar üçün.
Amma bu evə baxmaq qərarımı
dəyişmədi. Kalidorun ortasına
kimi gəldim, bilmirəm niyə amma
nə isə məni yuxarı baxmağa
vadar edirdi.

[cavab]

pol Sudden_Death 17 Apr 2013 / 00:46
Pilləkanlara
yaxınlaşmışdım yuxarıdan gülüş
səsləri gəlməyə başladı, getdikcə
səs azaldı, pıçıltı kimi oldu.
Dostlarım "daha bəsdi, gəl gedək,
baxdıq evə" desələr də fikir
vermədim. Deyəsən
qorxmuşdular. Mən də
qorxmuşdum amma yuxarıda
nəyin baş verdiyini bilməyincə
burdan çıxmayacaqdım.
Dostlarım aşağıda qaldı.
Pilləkanlarla yuxarı çıxırdım. Ayaq
izləri var idi. Bir uşaq ayaq izləri.
Təqib etdim. İzlər məni bir otağa
apardı. Qapıdan qulaq asdım.
Cırıltı səsləri gəlirdi otaqdan.
Qapını açıb içəri baxdım. Uşaq
otağı idi. İçəridəki cırıltı səsləri
isə yelləncəkli stuldan gəlirdi.
Üstündə heç kimin oturmamış
olmasına baxmayaraq stulun öz-
özünə yellənməsi çaşıb qaldım.
Bəlkə də bu evdə kabus var deyə
beynimdə fikirləşirdim. Qapını
bağlayıb digər otaqlara baxmağa
gedirdim. Pianinonun birdən -
birə yüksək tonla çalınması məni
diksindirdi. İlk əvvəl bunu
dostlarımın elədiyi düşündüm,
amma pilləkanladan boylananda
yanında heç kim yox idi. Bir an
özümü burdan bayıra atmaq
istədim. Evdə baş verən bu
qəribəliklər məni
vahimələndirirdi. Pianinonun səsi
kəsiləndən sonra hər şeyin
bitdiyini düşünmüşdüm. Amma
bu hələ başlanğıc imiş. Üstündən
heç bir dəqiqə keçməmişdi
həmən otaqdan "çıxarın məni
burdan" deyə səslər gəlməyə
başladı. Diqqətlicə qulaq asdım,
çünki səslər çox alçaqdan gəlirdi.
Baxmaq istəmirdim, amma
içimdə yaranan marağa qalib
gələ bilmədim. Qapıdan içəri
boyladım, otaqda kimsə olmasa
da yerdə şəkillər var idi. Olduqca
köhnə şəkillər idi. Bayaq
baxdığımda isə burda şəkillərin
olduğunu görməmişdim. Şəkillərə
baxdım, bir ailə fotosu idi, ata ,
ana və bir də qızı. Bir neçə şəkil
var idi, hamısına bir-bir baxırdım,
amma biri tam fərqli idi, şəkilin
qıraqları yanmışdı və qızın
dayandığı yer, o şəkildə yanıq idi.

[cavab]

pol Sudden_Death 17 Apr 2013 / 00:47
Diqqətlicə baxırdım amma bir şey
anlaya bilməmişdim hələ də,
arxadan gələn bir pıçıltı ilə fikrim
şəkillərdən ayrıldı. Külək bir kimi
bir qaraltı keçdi yanımdan sanki,
ayağa qalxıb arxama baxdım.
Qapının yelləndiyini gördüm
sadəcə, üzümü qarşıya çevirəndə
gözlərimə inanmadım. Şəkildə
gördüyüm o qız düz qarşımda
dayanmışdı. Üzü yanıq halda,
əynində isə yanmış bir paltar var
idi. Əli ilə şəkili göstərək "məni
orda görə bildin" deyə
qışqırmağa başladı. Qorxumdan
səsim çıxmırdı , başım ilə
təsdiqlədim. "Niyə məni xilas
eləmədin" deyə qışqırmağa
davam elədi, heç nə deyə
bilmədim, birinci dəfə idi ki, belə
bir hadisə ilə qarşılaşırdım.
Arxaya - arxaya addımlayırdım.
Qapıdan çıxar çıxmaz pilləkanlara
doğru qaçdım, dostlarımı
səslədim, cavab verən olmadı ,
deyəsən qorxduqların üçün
qaçmışdılar evdən. Tək başına
idim. Pilləkanlardan düşərkən
ayağım ilişdi və yuxarıdan
aşağıya doğru yuvarlanmağa
başladım. Deyəsən çiynim
çıxmışdı. Yıxılarkən sümüyümdən
gələn şaqqıltını eşitmişdim. O isə
öz otağının qapısından mənə
doğru gəlməyə davam edirdi.
Ayağa durub evdən qaçdım,
bağçadan çıxanda dostlarım
məni tutdular. Kömək edib evə
apardılar. Bağçadan çıxarkən
yenə pəncərələrə baxdım,
bayaqkı hadisə təkrarlanırdı
sanki, yenə həmən pəncərə və
oradan mənə baxan birisi. Artıq
onun kim olduğunu anlamışdım.
Dostlarıma isə məni niyə atıb
qaçdıqlarını soruşanda susdular ,
cavab verə bilmədilər. Mən də çox
üstlərinə getmədim, həm onları
bura gəlməyə mən məcbur
etmişdim, həm də qorxduqları
üçün belə bir hərəkət etdiklərini
düşündüm. Evdə isə məni nələrin
gözlədiyini təsəvvür etmək elə də
çətin deyildi. Hadisənin üstündən
bir neçə gün sonra o evin
yandığını eşitdim. Əvvəldə olduğu
kimi, amma bu dəfə tam şəkildə
yanmışdı. Babama bir iki sual
verdikdən sonra hər şey aydın
oldu. O evdə bir ailənin qaldığını,
Yanğın zamanı isə uşaqlarını
həmən yanğından xilas edə
bilməmələrini, ata ilə ananın hara
yox olduqlarını öyrənmək
istəyəndə isə babam susdu.

[cavab]

pol Esger_Balan 17 Apr 2013 / 00:47
oxumadim cunki yata bilmerem

[cavab]

pol Sudden_Death 17 Apr 2013 / 00:47
Diqqətlicə baxırdım amma bir şey
anlaya bilməmişdim hələ də,
arxadan gələn bir pıçıltı ilə fikrim
şəkillərdən ayrıldı. Külək bir kimi
bir qaraltı keçdi yanımdan sanki,
ayağa qalxıb arxama baxdım.
Qapının yelləndiyini gördüm
sadəcə, üzümü qarşıya çevirəndə
gözlərimə inanmadım. Şəkildə
gördüyüm o qız düz qarşımda
dayanmışdı. Üzü yanıq halda,
əynində isə yanmış bir paltar var
idi. Əli ilə şəkili göstərək "məni
orda görə bildin" deyə
qışqırmağa başladı. Qorxumdan
səsim çıxmırdı , başım ilə
təsdiqlədim. "Niyə məni xilas
eləmədin" deyə qışqırmağa
davam elədi, heç nə deyə
bilmədim, birinci dəfə idi ki, belə
bir hadisə ilə qarşılaşırdım.
Arxaya - arxaya addımlayırdım.
Qapıdan çıxar çıxmaz pilləkanlara
doğru qaçdım, dostlarımı
səslədim, cavab verən olmadı ,
deyəsən qorxduqların üçün
qaçmışdılar evdən. Tək başına
idim. Pilləkanlardan düşərkən
ayağım ilişdi və yuxarıdan
aşağıya doğru yuvarlanmağa
başladım. Deyəsən çiynim
çıxmışdı. Yıxılarkən sümüyümdən
gələn şaqqıltını eşitmişdim. O isə
öz otağının qapısından mənə
doğru gəlməyə davam edirdi.
Ayağa durub evdən qaçdım,
bağçadan çıxanda dostlarım
məni tutdular. Kömək edib evə
apardılar. Bağçadan çıxarkən
yenə pəncərələrə baxdım,
bayaqkı hadisə təkrarlanırdı
sanki, yenə həmən pəncərə və
oradan mənə baxan birisi. Artıq
onun kim olduğunu anlamışdım.
Dostlarıma isə məni niyə atıb
qaçdıqlarını soruşanda susdular ,
cavab verə bilmədilər. Mən də çox
üstlərinə getmədim, həm onları
bura gəlməyə mən məcbur
etmişdim, həm də qorxduqları
üçün belə bir hərəkət etdiklərini
düşündüm. Evdə isə məni nələrin
gözlədiyini təsəvvür etmək elə də
çətin deyildi. Hadisənin üstündən
bir neçə gün sonra o evin
yandığını eşitdim. Əvvəldə olduğu
kimi, amma bu dəfə tam şəkildə
yanmışdı. Babama bir iki sual
verdikdən sonra hər şey aydın
oldu. O evdə bir ailənin qaldığını,
Yanğın zamanı isə uşaqlarını
həmən yanğından xilas edə
bilməmələrini, ata ilə ananın hara
yox olduqlarını öyrənmək
istəyəndə isə babam susdu.Sonra asta bir səslə, "hadisədən
sonra ağıllarını itirib ruhi
xəstəxanaya yerləşdiklərini, bir
neçə gün sonra isə intihar
ediklərini" dedi. Buna görə bir
neçə ay müalicə aldım, həm
psixioloji cəhətdən , həm də
fiziki. Marağımın məni nə hallara
saldığını görəndən sonra isə bu
mənə dərs oldu. Belə işlərə bir də
baş qoşmadım.

[cavab]

pol Sudden_Death 17 Apr 2013 / 00:48
Esger_Balan, qaqaw yaxsi ki oxumadin.heqiqeten coox qorxuludu

[cavab]

pol _Ulduz_ 17 Apr 2013 / 00:53
oxumag isdirem ama qorxuram

[cavab]

pol Traktorcu 17 Apr 2013 / 00:56
Ela ıdı xoşuma geldi

[cavab]

pol Sudden_Death 17 Apr 2013 / 00:57
_Ulduz_, cox qorxuludu hem de maraqli. oxu

[cavab]

pol Traktorcu 17 Apr 2013 / 00:59
bu deqiq hadıse olub?

[cavab]

[1] 2 3 ... 6 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.18 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az