Qorxulu hekaye 8
Sudden_Death
16 Apr 2013 / 19:12
Soyuq bir qış ayı idi. Evimizi odun
sobası ilə
qızdırırdıq, buna görə də anam və
atam
salonda yatırdı, biz də qardaşımla
yan-yana
eyni yataqdaydıq. Gecənin
irəliləyən saatları
idi, qəribə bir yuxudan sonra
oyanmışdım.
Yuxuda sanki kimsə mənə
yaxınlaşıb boğmaq
istəyirdi. Sadəcə bir ağartı
görürdüm. Otağa
göz gəzdirirdim, hər şey normal
idi, səs yox
idi, hələ 12 yaşlarındaydım və
gecələrin səssiz
olacağını bilirdim, amma bu qədər
deyil. Heç
bir səs yox idi, nə bir avtomobil,
nə bir külək,
nə bir quş, nə bir yarpaq
tərpənməsi, heç
amma heç bir şey. Yalnız gecəni
boğan sonsuz
bir səssizlik. Qorxu bürüməyə
başlamışdı
içimi. Kürək üstü yatdım, tavana
baxırdım,
anamgilin yanına getmək
ağılımdan belə
keçmirdi. Tanrını düşünürdüm, o
vardı
qorxularımı basdırardım, bəli, o
mənə kömək
edərdi. Dua edirdim qorxum
keçsin deyə.
Anamgilin yanına gemək gəldi
içimdən, anamı
oyandırıb oturacaqdım onunla
qorxularımın
keçməsinə kömək edərdi o, atam
səhər işə
gedəcəkdi, o da oyanmamalı idi.
Ayağa
qalxmaq üçün yataqdan dikəldim,
qapıya
dikildi gözlərim və qanım dondu.
Ağ bir şey,
insan kimi uzun amma yalnız ağ.
Üzünü seçə
bilmədiyim bir şey vardı. Sadəcə
ağartı və
uzun hardasa qapıya qədər boyu
var idi, eyni
ilə yuxuda gördüyüm o varlıq kimi.
Qışqırsam
zərər verə bilərdi mənə. Ordaydı,
ətraf hələ
səssiz idi. Mənə baxmırdı, amma
gördüyünü
bilirdim. İçimdən bunu hiss edə
bilirdim.
Nəfəsim daralırdı, bir şey
qırtlağımı sıxırdı
sanki. Yeqin sobanın işığından
yaranan bir
görüntüdür o, dedim, qəti odur, o
olmalı idi, o
olsun deyə içimdən Tanrıya
yalvarırdım.
Salona doğru baxdım aramızda 2
ya da 3 metr
vardı anamgil yatmışdı. Soba isə
çoxdan
sönüşdü. Dözə biləmdim,
qışqırdım. Səsim
çatıncaya qədər çığırırdım. Amma
eşitmirdilər,
yuxu idimi bu? Əlimi divara
vururdum,
ağrıyırdı, yuxu deyildi, qardaşımı
yumruqlamağa cimdiklemeye
başladım
qalxmırdı, qapıdakı hələ də
dayanmışdı, bu
dəfə mənə baxırdı. Başıma
yorğanımı çəkdim.
Bildiyim hər duanı oxudum,
Tanrıya yalvardım
amma yox idi bir təsiri hələ
ordaydı. Ağlamaya
başladım, olacaqları gözləyirdim.
Axırım
olduğunu düşündüm bir anlığa.
Hərəkətsiz və
səssiz yorğanın altında ağlayırdım.
Az sonra
səhər azanıyla gözlərimi açdım,
üzüm hələ
nəmli idi, əlimin yanı azda olsa
şişmişdi. Və
nəfəs alışam düzəlmişdi. O gecə
mənim onları
araşdırmama və bu qaranlıq
bataqlığa yavaş
yavaş girməmə səbəb olacaqdı. Və
heç bir
zaman o gecədən sonra həyatım
normala
dönməyəcəkdi. Onun nə olduğunu
anlamamışdım. Bir qarabasanmı
idi yoxsa,
bəlkə də yuxunun təsiri. Amma
onu orda
aydın bir şəkildə gördüyümə and
da içə
bilərdim.
Hekayeye gore [Chelsea] nikine twk
[cavab]
_Bozkurt_
16 Apr 2013 / 19:14
[cavab]
fanidunya
16 Apr 2013 / 19:18
super
[cavab]
[Chelsea]
16 Apr 2013 / 19:20
xosdu :)
[cavab]
Bölmeye qayıt
0.2204 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az