Get demək asan amma

pol Fayiq 14 Apr 2013 / 12:05
Ürəyi qırmağa tək bir söz yetər; amma qırılan ürəyi təmir etməyə nə bir üzr,nə də bir ömür yetər.

Get demək asan amma getdikdən sonra kədərlənəcəksən.
"Əgər get deyə biləcək qədər güclüsənsə,sağ ol deyib susmasını da biləcəksən !

Sevmək sevirəm demək deyil, ürəyində hiss etməkdir. Və eşq yanında olanı sevmək deyil, bəzən gəlməyəcək birini gözləməkdir.

Heç kim yalanı davamlı davam etdirəcək qədər ağıllı və heç kim bu yalanlara sonsuza qədər inanacaq qədər axmaq deyil.

Əslində hər insan bir romandır və bir az qəhrəmandır. Gün gəlir anlar ki, xərclədiyi tək şey xəyalları deyil, zamandır...

Bəzən ala biləcəyin ən böyük intiqam; bağışlamaqdır. Və bəzən qarşındakına verə biləcək ən gözəl cavab gülüb keçməkdir.

Hər günahın bir bəhanəsi var.. lakin, heç bir bəhanə, günahı üzürlü etməz...

Bil ki, xoşbəxt son deyə bir şey yoxdur. Çünki bir şeydə son varsa orada xoşbəxtlik yoxdur.

Unutma; İnsanları tanıman üçün ən uyğun zaman ayrılmalarına ən yaxın zamandır. Çünki o zaman saxta üzlər ortaya çıxmışdır.

[cavab]

pol hostpromete 14 Apr 2013 / 12:16
Eladi sagol

[cavab]

pol @Manqa@ 14 Apr 2013 / 12:39
Supeeeer
red. @Manqa@ (14.04 /12:40)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1813 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az