Görəsən sevir?
Fayiq
14 Apr 2013 / 12:03
Heç bilməzdim sənin üçün bu qədər yadam..
Məni sevmirsən, bəs niyə xoşbəxt deyilsən, niyə üzün gülmür
Sənə canımı da verməyə hazır idim.. İndi də olanlara baxmayaraq sevirəm səni.. Unuda bilmirəm.. Darıxıram, gəl.. Səninlə olmaqdan doya bilmədim.. Sonu tamamlanmamış söhbətlərimiz vardı..
Gülüb qurtara bilmədiyimiz şirinliklərimiz vardı.. Gülə bilmirəm.. Heç nə güldürmür məni.. Heç nəyin dadı yoxdu.. Nələr aparmısan məndən məgər?
Səni sevirəm eşitmək istəyirəm o dodaqlardan.. O kəlmələri duymaq istəyirəm gözlərində.. Səni soruşurlar məndən.. Deyirəm yaxşıdı.. "Getdi, məni qoyub getdi" deyə bilmirəm.. Bununla barışa bilmirəm.. Qayıdacaqsan görəsən?
Ümüdüm sevindirir məni.. Ürəyim "O səni sevir" deyir.. Sevirsən, görəsən? Mənə sevirəm deyə bilərsən? Darıxmışam, gəl.. Sevirəm de mənə.. Darıxmışam.. Ürəyim aşıb-daşır.. Səni istəyir.. Daha dözə bilmirəm sənsiz..
Çox oldu getdiyin.. Mən daha sənsiz qala bilmirəm.. Darıxmışam, çox darıxmışam.. Sən gəl.. Mən tək səni istəyirəm.. Sən gəl..
Mənim heç bir dərdim qalmaz..
Sən gəlsən, mənə özünlə apardığın xoşbəxtliyimi, şirinliyimi qaytaracaqsan.. Mənə səni qaytar, özümü qaytar.. Sevgimi qaytar Gəl, daha heç yerə getmə..
Səni sevirəm, bunu unutma! Səni sevirəm.
[cavab]
hostpromete
14 Apr 2013 / 12:24
Sebirli ol qayidacaq
[cavab]
Bölmeye qayıt
0.1314 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az