"KuSDuM iNSaNLaRDaN KuSDuM eBeDi"

pol @zerbaycan 13 Apr 2013 / 23:56
Namərddi amma mərd gəzəndi insan
İlantək bəzəyə bəzəndi insan
Yetimi daima əzəndir insan
Qoşa verməyəcək kasıbın nərdi
Küsdüm insanlardan küsdüm əbədi
♥♥---------♥♥---------♥♥---------♥♥
Pul ilə imanın satıbdı çoxu
Günahı haramla qatıbdı çoxu
Filin qulağinda yatıbdı çoxu
Bilməyir günbə gün çoxalir dərdi
Küsdüm insanlardan küsdüm əbədi
♥♥---------♥♥---------♥♥---------♥♥
Sevgiyçün əkilən gülü də yoxdur
Acıdır şirin bir dili də yoxdur
Kasıba əl tutan əli də yoxdur
Küsdüm insanlardan küsdüm əbədi
♥♥---------♥♥---------♥♥---------♥♥
Hər masqa altında şeytanlar gördüm
Haramla imarət quranlar gördüm
Yaxşı yox daima yamanlar gördüm
Küsdüm insanlardan küsdüm əbədi
♥♥---------♥♥---------♥♥---------♥♥
Mərdlər göz yaşını heç silməyəcək?
Qemgin simalarda heç gülməyəcək
İnsanlar belədir düzəlməyəcək
Küsdüm insanlardan küsdüm əbədi.
♥♥---------♥♥---------♥♥---------♥♥

[cavab]

pol odinocka 14 Apr 2013 / 00:13
Həmişəki kimi əla amma məmden küsmə:-D

[cavab]

pol @zerbaycan 14 Apr 2013 / 00:14
odinocka, sebebsiz kusmerem:D

[cavab]

pol urek 14 Apr 2013 / 00:17
.super. Di

[cavab]

pol @zerbaycan 14 Apr 2013 / 00:17
odinocka,, Yazima senden basqa deyer veren yoxdu.....Kusdum Fermerlerden kusdum ebedi))) Inboxuva yazacam bundan sonra.(((((
red. @zerbaycan (14.04 /00:19)

[cavab]

pol odinocka 14 Apr 2013 / 00:48
@zerbaycan, mən şeyirləri cox xoşlayıram .

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2346 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az