"Heyat yuxuda da oz sonuna dogru gedir"
@zerbaycan
13 Apr 2013 / 21:57
1. Həyatda ən dəhşətli şey diri ikən ölməkdir.
2. Həyat hərəkət deməkdir, su da axmayanda
iylənir.
3. Heyat beşiklə məzar arasında sınaq
müddətidir.
4. Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır.
5. Mən həyatın mənasını yorulmadan
işləməkdə və çətinliklərlə döyüşməkdə
görürəm.
6. Hər gün insan üçün yeni bir həyatdır.
7. Bir gün ürəyincə yaşamaq yüz il sürünə
sürünə yaşamaqdan yaxşıdır.
8. Həyat yuxuda da öz sonuna doğru gedir.
9. Dünya hamıya çatacaq qədər böyükdür.
Başqasının yerini tutmağa çalışmaqdansa, öz
yerin haqqında fikirləş.
10. Əhəmiyyətsiz saydığımız ən adi hadisələr
bəzən həyatımızı cəhənnəmə döndərə bilər.
11. Başqalarının həyatından dərs almağı
bacaran insan xoşbəxtdir.
12. Dünyada üç fəlakət var: yanğın, qadın,
dəniz.
13. Bu gözəl həyat təkcə bizim deyil.Bu
həqiqəti anlayıb başqalarına ziyan vermədən
yaşamağı öyrənməliyik.
14. Dünyada xeyir iş görməyən insan əbəs
yerə yaşayır.
15. Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.
16. Ömrün müddəti deyil, bu ömrü necə
yaşadığın əhəmiyyətlidir.
17. Faydasız həyat- vaxtsız ölümə bərabərdir.
18. Namusla yaşamaq üçün insan öz
səhvlərini görüb düzəltməlidir.
19. Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür
boyu ağlamayacağıq ki!
20. Özümüz istəməsək, heç kəs həyatımıza
təsir edə bilməz.
21. Həyatdan zövq almaq üçün qarşıda bir
məqsəd olmalıdır.
22. Həyat əvvəldən axıradək öyrənməkdir.
23. İnsanın həyatinda cəmi üç böyük hadisə
var: doğulmaq, yaşamaq və ölmək. O necə
doğulduğunu hiss etmir,insan kimi
yaşamağı unudur və əzablar içində ölür.
24. Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir.
25. Elə yaşamalısan ki, öləndən sonra da
ölməyəsən- həyatın məqsədi məhz budur.
26. Nəfsinin hakimi olan dünyanın ağası olar.
27. Əsl qəhrəmanlıq həyatda mübarizə
aparıb qalib gəlməkdir.
28. Həyat şərtləri çətindir, ancaq bu barədə
çox düşünsən, bədbinləşə bilərsən.
29. Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir.
30. Mən əminəm ki, biz həyata əylənmək
üçün deyil, öyrənmək üçün gəlmişik.
31. Həyat nə tamaşa, nə də bayramdır. Həyat
çətin bir imtahandır.
32. İnsanı həyata bağlayan onun gözəl
cəhətləridir.
33. Müdrik insan ölüm haqqında deyil, həyat
haqqında düşünməlidir.
34. Həyat avtomobil idarə etmək kimi bir
şeydir-nə qədər diqqətli və təcrübəli olsan
da, qəzaya uğramaq ehtimalı həmişə var.
35. Görmək və hiss etmək mövcud olmaq,
düçünmək isə yaşamaq deməkdir.
36. Dünyada dörd cür insan var: aşiqlər,
özünə vurğunlar, xəyalpərəstlər və dəlilər.
37. Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır.
38. Həyatın ən gözəl cəhəti insanın özünü
tanımasıdır. Ancaq bunun nəticəsində
bədbəxt olmaq da mümkündür.
39. Kişilər həyatı çox tez, qadınlar isə çox gec
dərk edirlər.
40. Başqalarının halına yana bilən insan
yaşamağa layiqdir.
41. Həyatın iki faciəsi var: biri arzumuza çata
bilməmək, digəri isə istədiyimizi əldə
etməkdir.
42. Maddi və mənəvi problemləri özünə dərd
eləməyən insanın həyatı xoş keçər.
43. İnsan həyatının bir dövründə aldanır, o
biri dövründə aldadır. Başqa sözlə desək,
dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.
44. Böyük işlər görmək üçün elə yaşamalısan
ki, sanki heç vaxt ölməyəcəksən.
45. Bu qısa ömrü əbədi həyatmış kimi
yaşamaq lazımdır.
[cavab]
@zerbaycan
13 Apr 2013 / 22:05
4. Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır.
En qeseyi budu....tsk @zerbaycan
[cavab]
Qarayarli
13 Apr 2013 / 22:31
Basa dusencon ela sozlerdi
[cavab]
@zerbaycan
13 Apr 2013 / 22:36
Qarayarli, Senden basqa hec kim yazmadigi ucun deyen basa dusmeyibler
[cavab]
Shuvelanli
13 Apr 2013 / 22:52
TewekkUr
[cavab]
odinocka
13 Apr 2013 / 23:18
Teşəkkür ardı olsun.
[cavab]
Bölmeye qayıt