"XoSBeXTLiK"
@zerbaycan
13 Apr 2013 / 21:27
Xoşbəxtlik evinə həzz qapısından daxil olan rahatlıqla əzab qapısından çıxar.
İnsan xoşbəxtliyinin iki düşməni var- Əzab və darıxdırıcılıq.
Xoşbəxtliyi nəyin gətiridiyi hələdə məlum deyil. Var-dövlət bu siyahıda ola bilməz.
Xoşbəxtlik axtarışı- bədbəxtliyin başlanğıc mənbəyidir.
Biz anlaya biləcəyimiz xoşbəxtliyə layiq görülürük. Uzaqdan baxıb dərk etmədyimiz xoşbəxtlik heçvaxt bizim ola bilməz!
Xoşbəxtliyin dalınca qaçıb onu axtarsanız tapacaqsınız. Lakin eynəyini itirmiş qoca qarı şəklində. Təəssüflənib ayılanda isə görəcəksiniz ki, xoşbəxtlik sizi sizdən qabaq axtarıb tapıbmış.
Xoşbəxtlik gəlmir, onu dərk etmək üçün ağıl gəlir. Dünyada ən xoşbəxt insan başqalarına xoşbəxtlik bəxş edə bilən insandır.
Xoşbəxtlik kəpənəyə bənzəyir. Onun dalınca nəqədər çox qaçsanız o sizdən bir o qədər
uzaqlaşacaqdı. Amma fikrinizi başqa şeylərə yönəltsəniz görəcəksiniz ki həmin kəpənək
sakitcə gəlib çiyninizə qonub.
Hər kəs bacardığı qədər xoşbəxt ola bilir. Bacardığından artıq xoşbəxt olmaq mümükün olmur.
Həyatda xoşbəxtlikdən üstün şey
sevildiyinizə əmin olmaqdır..Həyatda bundan
böyük xoşbəxtlik ola bilməz!
Xoşbəxtlik - qayğısız və kədərsiz həyat demək deyil. Xoşbəxtlik ruhuna lazım olan qidanı tapmaq deməkdir.
Xoşbəxtliyik üçün ən böyük maneə- böyük xoşbəxtliyin həsrətidir.
Bu dünyada hərkəs xoşbəxtlik axtarır. Xoşbəxtliyi tapmağın isə yalnız bir yolu var- Ağıldan düzgün istifadə etmək yolu. Bunu
isə hərkəs bacarmır, ona görə də hərkəs xoşbəxt ola bilmir.
Özünü elə göstər ki guya sən xoşbəxtsən inanki sən bir gün mütləq xoşbəxt olacaqsan.
Xoşbəxtlik arzusu o qədər güclüdür ki, birini xoşbəxt etmək üçün azı 5 nəfəri qurban
vermək lazım olur. Xoşbəxtliyin arxasında bədbəxtlik bədbəxtliyin arxasınca isə xoşbəxtlik sürünər. Nə daimi xoşbəxtlik nədəki daimi
bədbəxtlik olmur. Hər kəs öz həyatının qayda-qanunlarına
uyğun xoşbəxt ola bilir.
Xoşbəxtlik xəstəlik kimidir: əgər onu aşkar etməmisinizsə deməli var.
Xoşbəxtsinizsə əl-qolunuzu aşağı salmayın. Daha yeni xoşbəxtlik qazanmağa çalışın.
Mən xoşbəxtəm çünki mənim bədbəxt olduğum üçün fikirləşməyə vaxtım olmur.
Xoşbəxtlik istədiyini etmək deyil, etdiyini istəməkdir.
Bəzi insanlar xoşbəxt olarkən həmişə xeyirxah olurlar. Xeyirxah olan insan isə həmişə xoşbəxt olmur.
Hər zaman xoşbəxt olmaq arzusu ilə...TeSeKKuRLeR..
[cavab]
InSecTka
13 Apr 2013 / 21:31
cox sag ol,Forum senin,Foreverin birde Geniuss yazilarini cox beyenirem ..
[cavab]
@zerbaycan
13 Apr 2013 / 21:32
InSecTka, ))) Tesekkurler
[cavab]
ROM@NTIK_AWK
13 Apr 2013 / 21:34
[cavab]
Shuvelanli
13 Apr 2013 / 22:49
SuPEr
[cavab]
Bölmeye qayıt
0.1499 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az