"Qelbi rahatladan cumleler")

pol @zerbaycan 13 Apr 2013 / 21:11
1. Həqiqətən,göylərin və yerin
yaradılmasında, gecə ilə gündüzün bir-birini
əvəz etməsində (bir-birinin ardınca gəlib-
getməsində) ağıl sahibləri üçün (ALLAHın
varlığını,kamalını və əzəmətini sübut edən
açıq) dəlillər vardır. (Qurani-Kərim)
2. İnsanın mayası ağıldır.Ağılı olmayanın dini
də olmaz. (Həzrəti Muhəmməd s.ə. a.v)
3. İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı. (Nizami
Gəncəvi)
4. Bütün nemətlərin başlanğıcı və sonu
ağıldır. (Epikür)
5. Ağıl insan üçün ən gözəl zinətdir.
6. Ağıl sahibi olan hər hansı bir şəxs bütün
eyiblərdən uzaq olur. (Zeynalabdin Şirvani)
7. Biz yalnız ağıl və biliyimiz sayəsində yaxşı
və ya pis,xoşbəxt və ya bədbəxt oluruq.
(Epiktet)
8. Ağılı alıb-satmaq mümkün
olsaydı,yəqin,hamı alıcı olmaq istərdi. (Devid
Star Cordan)
9. Gördüyün işi əvvəlcə ağıl tərəzisi ilə ölç.
(Qətran Təbrizi)
10. Ağılı gödək olanın dili uzun olar.
(Aristofon)
11. Ağıllı başqa bir ağıllının fikri ilə həmişə
razılaşar.
12. Sarsaq isə həm ağıllının,həm də sarsağın
fikri ilə razılaşmaz. (Aristotel)
13. Əsl gözəllik suətdə deyil, ağıl və
kamldadır. (Firudun Köçərli)
14. Mən müəllmimdən kimin ağıllı insan
olduğunu soruşduqda o, “az danışıb çox
eşidən ” cavabını verdi. (İsaak Barrou)
15. Ağıldan kəmliyi iki şey müəyyən edir :
susmaq lazım gələndə danışmaq,danışmaq
lazım olanda susmaq. (Sədi Şirazi)
16. Ağılla dərk edirik nöqsan cəhətləri biz,
Nöqsanını dərk edən ağıllıdır şübhəsiz.
(Abbasqulu ağa Bakıxanov)
17. Ağıl insana ağıllı yaşamaq üçün verilir.
(Vissarion Qriqoryeviç Belinski)
18. Ağıllı insan özü haqqında dedi-
qodulardan da bəhrələnməyi bacarır. (Con
Beynim)
19. İnsanı özünə bağlayan və hüsn-camalı
kamala yetirən ağlın nuru və mərifətin
ziyasıdır. (Firudun Köçərli)
20. Ağıllı insanlar cəmiyyətin qan damarıdır.
(Daniel Defo)
21. Ağılı kamilləşdirmək üçün öyrənməkdən
çox, düşünmək lazımdır. (Rene Dekart)
22. Müdrik çox bilən adam deyil,biliyi xeyirli
lan adamdır. (Esxil)
23. Ağıl vermək və ağıllı lmaq tamamilə
müxtəlif şeylərdir. (Georq Lixtenberq)
24. Ağılın çevikliyi gözəlliyi də əvəz edə bilər.
(Anatol Frans)
25. İnsanın ağlını başından alsan,yerdə heç
nə qalmaz. (Aleksandrr Hamilton)
26. Müdrik olmaq üçün gözü və qulağı
açmaq kifayət deyil,dərin ağıl lazımdır. (Efesli
Heraklit)
27. Ağıl sağlamlıqdan öndə gedir: ağıllı
olanda sağlamlığımızı da qorumağı
bacarırıq. (Corc Herbert)
28. Ən ağıllı flosoflar da sarsaq suallara
cavab verməkdə çətinlik çəkirlər.(Hilon)
(Andre Morua)
29. Dəmir işlənməyəndə paslanır,su bir ydə
qalanda iylənir,insan ağlı isə tətbiq
edilmədikdə kütləşir. (Leanardo da Vinçi)
30. Hiss və ağıl toqquşanda həmişə hiss
qalib gələr. (İohann Volfqanq Höte)
31. Ağıllı düşməndən qorxma , ağılsız
dostdan qorx. (Azərbaycan atalar sözü)
32. Ağıllı olmaq kifayət deyil,kifayət qədər
ağıllı olmalısan ki,özünü həddən artıq ağıllı
saymayasan. Şahın ağlının ordunun
gücündən üstün olması yaxşıdır. (Həsən ibn
Əli Nizamülmülk)
33. Dərrakə çox vaxt yatır,onu
oyatmasan,həmişə yuxulu olur. (Uilyam
Şekspi)
34. Ağıllı adamın axmaq qarşısında susmağı
təəccüblü deyil,çünki nağara səsi tar
səsinə,sarımsaq iyi ənbər qoxusuna həmişə
üstün gəlir. (Sədi Şirazi)
35. İnsanın xşbəxtlik və bədbəxtlik açarı,
kamillik və naqislik sükanı onun ağıl və
iradəsinin ixtiyarına verilmişdir. (Nəsirəddin
Tusi)
36. Divarı uçurmazdan əvvəl o tərəfdə səni
nə gözlədiyini öyrən.( Nəsirəddin Tusi)
37. Ağıllı olmaq bir şey deyil, mühüm olan
ağlından istifadə etməkdir.(Rene Dekart)
38. Sizə ağlınız hökm edirsə -
padşahsınız,vücudunuz hökm edirsə-kölə!
(Mark Porsi Katon)
39. Pis-yaxşı nəyin var,demək,malındır,
40 .Lakin sənə vacib öz kamalındır. (Nizami
Gəncəvi)
41. Ağıl sonradan ah çəkmək üçün deyil,
əvvəlcədən düşünüb tədbir görmək
üçündür. (Cəlaləddin Rumi)

[cavab]

pol QEBRDE_TEK 13 Apr 2013 / 21:19
-
-
-

[cavab]

pol urek 13 Apr 2013 / 21:21
ilk werhsuper.super.di

[cavab]

pol urek 13 Apr 2013 / 21:22
hmmmmmm

[cavab]

pol odinocka 13 Apr 2013 / 21:26
ALLAH hek kimin aglını başından almasın.Yenə də super.

[cavab]

pol @zerbaycan 13 Apr 2013 / 21:28
Haminiza oxudugunuz ucun tskler)

[cavab]

pol InSecTka 13 Apr 2013 / 21:42
Ağıl sonradan ah çəkmək üçün deyil,
əvvəlcədən düşünüb tədbir görmək
üçündür. (Cəlaləddin Rumi)
Ruminin fikirlerini cox beyenirem,cox maraqli kelamlari var

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1377 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az