sevgi.weiri

pol Melek8 13 Apr 2013 / 19:46
Saf bir məhəbbətdir mənim
diləyim
Yar məni sevməsə vurmaz ürəyim
Sənsə naz edirsən sevmirsən
məni
Məni sevməyinçün söylə
neyləyim...?
Hər şeyim sənindi söylədim sənə
Səndən istədiyim saf sevgi oldu
Arzumu, diləyimi vermədin mənə
Məni sevməyinçün söylə
neyləyim...?
Mən səni özümə sirdaş bilmişəm
Hər nə edirsən et qəbul etmişəm
Məni sevmədiyini çox gec
bilmişəm
Məni sevməyinçün söylə
neyləyim...?
Deyirəm qoy hamı eşitsin bunu
Sevməsən qırılar sevginin qolu
Yaman əzablıdır sevginin yolu
Məni sevməsiyçün deyin
neyləyim...?
Vaxt vardı, sevirdim səni, bax indi
O saf məhəbbətə hayıfım gəlir!
Mən səni ucaltdım fövqümə eşqlə,
Çəkdiyim zəhmətə hayıfım gəlir!
Vaxt vardı, ağlıma hakimdi
hisslər,
Gözümdə Günəşə, Aya dönübsən!
Sanırdım bir mələk donuna girib
Təkcə mənim üçün göydən
enibsən!
Tapdadın o ülvi hisslərimi sən,
Çirkin əməllərin, bəd rəftarınla!
Kobud, saya salmaz dar
mənliyinlə
Gözümə təpdiyin qohumlarınla!
İndi hisslərimə hakimdi ağlım,
Gözümə, könlümə düşmən
kimisən.
Məni, mənliyimi didib tökməyə
Paslı qılınc olub öndə bitmisən!
Könlümün başında nifrət odu var,
Sənə nifrətimə hayıfım gəlir!
Əlimi biryolluq üzümmü səndən?
Kişi qeyrətimə hayıfım gəlir!
Yadındamı görüşə çağırdım səni,
Qəmli baxışlarla yandırdın məni,
Dedim söylə görüm nədir səbəbi
Son sözün bu oldu: Ayrılmalıyıq!
Kaş eşitməyəydim mən bu sözləri,
Kaş görməyəydim qəmli gözləri.
Dedim: Kim ayırır axı bizləri?
Son sözün bu oldu: Ayrılmalıyıq!
Ayrılmaq çətindir səndən,
sevgilim,
O gözəl gözlərdən necə əl çəkim.
"Sonuncu görüşdü fikirləş"
dedim
Son sözün bu oldu: Ayrılmalıyıq!
Ayrıldıq səninlə biz həmişəlik,
Sənə bir arzum var, o da
xoşbəxtlik.
Arzum budur geyinəsən gəlinlik.
Son sözün bu oldu: Ayrılmalıyıq

imza: Melek

[cavab]

pol Sudden_Death 13 Apr 2013 / 19:54
super

[cavab]

pol anominka 13 Apr 2013 / 19:57
BAYILDIM,......

[cavab]

pol Melek8 13 Apr 2013 / 20:00
Sudden_Death, TWK

[cavab]

pol Melek8 13 Apr 2013 / 20:00
anominka, TWK

[cavab]

pol odinocka 13 Apr 2013 / 20:26
Deməli dərdin böyükdür sevcidə nəsə olub Allah köməyin olsun.

[cavab]

pol Melek8 13 Apr 2013 / 20:28
odinocka, Twk

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1597 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az