Ne deyim?
fanidunya
13 Apr 2013 / 18:29
♥ SƏNə Günəşimmi deyim?! ♥
Səhərlər dünyanı əvəz olunmaz nuruyla
işığa qərq edər Günəş... Hər kəs onu
doğarkən görəndə gülümsəyər...
Təbəssüm edər... Bir-birlərinə gününüz
aydın deyər. Amma di gəl ki, zamanı
gələndə o da axşamlar qüruba enər...
İnsanlarla vidalaşır... Yenidən dünya
üzərində qaranlıq çökər...Yox, SƏN ancaq
günəşim deyilsən, çünki SƏN səhərlər
yuxudan duranda nurunla düşüncələrimi
işıqlandırıb məndə təbəssüm yaratdığın
kimi gecələr də bu təbəssümü
tamamlayırsan... SƏN mənim alternativ
GünəşimSƏN... ♥
SƏNə Baharımmı deyim?! ♥
Bahar gələr, ağaclar-çiçəklər açar,
təbiət yaşıllaşar, canlanar.... Sonra,
sonra isə yenidən... yenidən bu çiçəklər
yoxa çıxar... Ancaq SƏNin ruhuma gəlişin
ağaclar yarpaqlarını saraldıb tökəndə
belə, çiçəklər solub torpağa qovuşanda
belə, mənim qəlbimdə çiçəklər açdırar,
könlümdə təravətlilik yaradar,
damarımda qanımı canlandırar... SƏN
mənim sadəcə Baharım deyilsən.... ♥
SƏNə Qızmar Yayımmı deyim?! ♥
Yay gələr... Yer-göy istidən yanar...
Meyvələr yetişər... Bolluq olar... SƏN isə
qışın oğlan çağında, ayazın qılınc kimi
kəsən anında belə, bir hənirtin buzlarımı
əridər, ömrümün qarlarını suya çevirər...
SƏNinlə sevincim, təbəssümlərim bol
olar... SƏN mənim bircə Qızmar Yayım
deyilsən... ♥
SƏNə Payızımmı deyim...?! ♥
Payızda hər yer sarıya boyanar, xəzanlar
olar...! SƏN mənim ruhumdakı mənfi
düşüncələri xəzan elədin... SƏN mənim
düşüncələrimdəki pis qoxulu kol-
kosların xəzanını gətirdin...! Payızda
yağışlar yağar, payızda yer göy
yuyunar...! SƏN mənim payız yağışlarında
Ruhumun Göy Qurşağını yaratdın..! SƏN
mənim yalnız xəzanlı, yağmurlu Payızım
deyilsən! ♥
SƏNə Qarlı Qışımmı deyim...?! ♥
Qış gələndə havalar soyuyar, çaylar
sular donar, təbiət ağ don geyər...!
Halbuki SƏNinlə mən baharda da, yayda
da, payızda da, bəyazlar içindəyəm...
ləkəsiz, ağappaq bir həyat içindəyəm...
SƏN mənim təkcə ağ qarlı, soyuq bir
Qışım da deyilsən..?!
SƏN Ömrümün Beşinci Fəslisən..! ♥
Bu fəsildə ciggilti vurub sevincək uçan
qaranquşlar hər zaman vardır, bu fəsildə
rəngarəng, gözəl ətirli güllər hər zaman
vardır, bu fəsildə güllərdən ilham alıb
cəh-cəhlə nəğmələr oxuyan bülbüllər
əkshik olmur, bu fəsildə çaylar donmur,
bu fəsildə yağışlar ancaq valehedici
əzəmətli göyqurşağı yaratmaq üçün
yağar, bu fəsildə qar şıltaq balacaların
bir birlərinə qar topu düzəldib atması,
deyib, gülüb əylənməsi sevinc qığıltılarını
aləmə yayması üçün yağar, bu fəsilin
sona yetmə təhlükəsi yoxdur..! Zaman
yoxdur, bir gün bitər deyə dəqiqələr,
saatlar, günlər aylar, illər yoxdur...! Bu
fəsildə əbədilik vardır..! Ömrümün
beşinci fəsli! Sağ ol ki, varsan..! Sağ ol ki,
ömrümə gəldin...! ♥
[cavab]
QEBRDE_TEK
13 Apr 2013 / 18:32
-
[cavab]
NeTTa
13 Apr 2013 / 18:56
Elaa
[cavab]
deli_ilkin
13 Apr 2013 / 18:59
NeTTa,
[cavab]
Vasif
13 Apr 2013 / 19:03
[cavab]
fanidunya
13 Apr 2013 / 19:51
twkrler.
[cavab]
Bölmeye qayıt
0.1358 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az