O biri məni sevməli və sevmək nədir bilməli..
Fayiq
13 Apr 2013 / 13:41
Bundan sonra birisi olacaqsa həyatımda,hərşeyiylə istədiyim kimi olmalı.
Dəyər bilməli,və güvənə bilməliyəm hər sözünə.
Məni bir gün buraxıb gedəcək qorxusunu yaşamamalıyam.
İçdən və təbii halımla sevməli məni.
Yanında qısılmamalı necəyəmsə eləyəm deyə bilməliyəm.
Ayrı qeyridə ola bilməməli aramızda.
Sənin,mənim cümlələr keçməməli,nə varsa bizim olmamlı.
Yoldaşlarıyla mənim ayrı-seçkiliyimi edə bilməli.
Yeri gəldiyində mənə qarşı onları,onlara qarşıda məni müdafiə edə bilməli.
Getdiyim gəldiyim yerləri soruşmalı,onun məni gün boyu düşündüyünü hiss etməliyəm.
Maraqsız olmamalı,nə edirsən et deməməli əsla.
Mənim sevgilimsə hər etdiyimdən xəbəri olmalı.Sıxmamalı onu "Bu gün nə etdin?"
Suallarım.Kimlərlə olduğunu,onların kim olduğunu bilməliyəm.Məndən gizli
heç bir işi olmamalı.Etdiyi şey səhf belə olsa,mənə
bunu dürütlüklə söyləyə biləcək qədər sevməli məni.Səhflərimi deməli susmamalı.
Bilməliyəmki arxamda bir nəfəs var hər zaman.Qorxusuz olmalıyam o yanımda olunca.
Ona güvənmək kimi deyildə,nə gəlirsə gəlsin başıma tutabiləcəyim bir budağım olsun deyə.
Mən ağladığımda səbəbini soruşamamlı üstəliyə -üstəliyə.Həm ağlayıb həm
onun suallarına cavab verməməliyəm.Aça bilməli mənə o isti qollarını.
Qollarında dayanmalı ağrım.Hər nəysə səbəbim sonu olmalı onun qolları.
Bilməli sevginin nə hiss etdirdiyini.Yaşayacaqsa sevgini sonuna kimi getməli.
Olacaqsa belə biri olmalı.Və tək o,həmişə o ola bilməli.
Sevməliyəm sevməli və sevgi nədir oda bilməli.
[cavab]
Bölmeye qayıt