Sən axı kimsən
Fayiq
13 Apr 2013 / 13:37
Sən axı kimsən
Həkim deyilsən, təbib deyilsən,amma,hər dərdimin dərmanı səndədir.Əlacım sənsən.Sən axı kimsən?Həkim deyilsən,təbib deyilsən,amma,hər dərdimin dərmanı səndədir.Əlacım sənsən.
Sən axı kimsən?
Zalım,qəddar,insafsız biri deyilsən,amma,hər gün məni ağladırsan,hər gün əzab verirsən sənsiz varlığıma.
Sən axı kimsən?
Qohumum,dostum,heç tanışım da deyilsən,amma,mənə məndən yaxınsan.Varlığımda mənliyimsən.
Sən axı kimsən?
Xəyal deyilsən,həqiqətsən,varsan,amma,yoxsan həyatımda,hər zaman xəyalımdasan.Sadəcə səni xəyal edə bilirəm.
Sən axı kimsən
Nəfəs deyilsən,amma,nəfəs qədər önəmlisən,nəfəs kimi yaşadırsan məni.Sən olmasan mən də olmaram.
Sən axı kimsən?
Əcəl deyilsən.amma,ölümüm sənin əlindədir.İstədiyin an məhv edirsən məni.
Sən axı kimsən
Ürək deyilsən, amma, illərdirki köksümdə döyünürsən, məni sən yaşadırsan.Səninlə yaşayıram.
Sən axı kimsən
Ruh deyilsən,amma,ruhum sənsən.Ruh kimi canımdasan,ayrılmırsan məndən.
Sən axı kimsən? Söz deyilsən,cümlə deyilsən,amma,hər sözüm sənsən,hər cümləm səndən ibarətdi.
Sən axı kimsən?
Külək deyilsən,günəş deyilsən,səma deyilsən,amma,çata bilmirəm,toxuna bilmirəm sənə.Hər zaman əlçatmazsan,hər zaman uzaqsan.
Sən axı kimsən
Bağışla,bilmədim kimimsən.
Amma, hər kimsənsə elə sənə EHTİYACIM VAR.
[cavab]
Bölmeye qayıt
0.1333 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az