Gözlərimdəki sən.
Fayiq
13 Apr 2013 / 13:09
Yaşayıram qaçırmış kimi zamandan,hərdən gözüm yol çəkir fikirə dalıram.Sonra diskinib ayılıram sanki,yuxudan."Gözlərimdəki səni" görərlər deyə qorxuram.
Yenə başlayır yalançı gülüşlər,zarafatlar.Bir anda adın səslənir,başımı aşağı salıram,gözlərimi başqa gözlərdən qaçırıram."Gözlərimdəki səni" görərlər deyə qorxuram.
Bezən çıxırsan qarşıma istəmədən də,keçirəm yanından elə bil yadam.Çevirirəm üzümü yarpaqtək əssəm də.Başqasını sevirəm deyib,danışıram hər kəsə ondan.Artıq saxta sevgi yalanlarıma özümdə inanmışam.Ən çox da qaçıram aynalı otaqlardan.Gözlərimdəki səni görməkdən qorxuram
Getdin heç olmasa gözlərimdəki səni də aparsaydın Amma sən sadəcə qaçıb getməklə yetindim
Getdin...Səssiz,sədasız,xəbərsiz
Baxdım...Əlacsız,məğrur,çarəsiz
Yandım...Odsuz,közsüz,atəşsiz
Ağladım. İçimdə,sakit,səmirsiz
Qaldım. Sevgisiz,mənasız,sənsiz
İndiysə Get qayıtma dönmə geri.Baxmaram ardınca,heç izləmərəm də səni.Ağlamaram bir daha,görsəm də gözlərini.Yanmaram yoxluğun yıxa bilməz məni.Qalmaram tənha ,çünki yoxluğun dəstəkdir .
Görməzdim,Sevməzdim,Dönməzdim.KAŞKİ.
[cavab]
Bölmeye qayıt
0.2252 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az