TANIDIGLARIMIZ HAQQINDA BILMEDIKLERIMIZ

pol Miraga_385 12 Apr 2013 / 21:26
- Vatikan dünyada yeganə dövlətdir ki, 1983-cü ildən bəri orada doğum halı qeydə alınmayıb.

- Las-Veqasdakı kazinoların heç birində saatlar quraşdırılmayıb.
- Dünyada məşhur olan Barbi kuklalarının sayı İtaliyada və Kanadada olan bu ölkə vətəndaşlarının sayından çoxdur.
- Buxarestdə parlament binasının tikintisi zamanı mərmərə o qədər böyük ehtiyac yaranıb ki, ölkədəki qəbir daşlarının hamısı digər materiallardan hazırlanıb.
- Londonun əsas sakinləri "Sent Teri le-Bou" kilsəsinin zənglərinin səsi eşidilən dairədə doğulanlar sayılır.
- Andorra dünyada yeganə ölkədir ki, orada poçt xidmətləri pulsuzdur.
- İngiltərədə ildə 12 milyon mobil telefon və 2 milyon televizor zibilliyə tullanır.
- Tombsoun şəhərində 18 yaşından yuxarı kişi və qadınlara qabaq dişlərindən biri olmadığı halda belə, gülümsəmək qadağan edilib.
- Saxara səhrasında yerləşən Teqazi şəhərində evlərin çoxunun divarları daş duzdan tikilir. Bu ərazi dünyada ən quraq ərazilərdən sayılır.
- İtaliyada Qərbi Avropanın mədəni dəyərlərinin 60 faizi cəmlənib. Hər bir italyan şəhəri açıq muzey kimi xarakterizə olunur.
- Evlərin nömrələnməsi qaydası ilk dəfə 18-ci əsrdə Londonda tətbiq olunub. Buna qədər evlər sahiblərinin adı ilə tanınıb.
- Fransada bir-birindən 60 metr aralıda iki qüllə ucaldılıb. Onların arasında bir dəfə qışqıranda 12 dəfə əks-səda eşitmək mümkündür.
- Tonka krallığı Okeaniyada yeganə monarxiyadır.
- Transsibir magistralını 3901 körpü kəsir.
- Filippin arxipelaqına 7107 ada daxildir.
- İranın bayrağında 22 dəfə "Allahu Əkbər" sözü yazılıb.
- Dünyanın 7 ən böyük dövlətinin ərazisi planetin quru hissəsinin yarısını tutur.
- Avropada 5 dövlət var ki, yalnız bir ölkə ilə quru sərhəddinə malikdir. Bunlar Portuqaliya, San-Marino, Danimarka, Vatikan və Monakodur.
- Toqoda qadına kompliment deyən kişi mütləq onunla evlənməlidir.
- Avropada bir dənə də olsun səhra yoxdur. Bu, sözügedən faktın mövcud olduğu yeganə qitədir.
red. Miraga_385 (12.04 /21:27)

[cavab]

pol Sudden_Death 12 Apr 2013 / 21:35
- Toqoda qadına kompliment
deyən kişi mütləq onunla
evlənməlidir.

uy daaaa

[cavab]

pol ramil115 12 Apr 2013 / 21:35
maraqli idi.oxumaga deyerdi

[cavab]

pol Revan 12 Apr 2013 / 21:50
movzuya gore tsk maraqliydi

[cavab]

pol nicat@ru 12 Apr 2013 / 22:06
sagol,ela kocurtmusen.oxumaga deyer.

[cavab]

pol 2012_2013 12 Apr 2013 / 22:14
Miraga_385, ataw bulari hardan tapmisan?

[cavab]

pol murad454 12 Apr 2013 / 22:32
2012_2013, googleden

[cavab]

pol Sevka 13 Apr 2013 / 03:34
Toqodaki kimi bizdede bele qayda olsaydi oglanlar hec soz atmazdi ela olardi)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2591 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az