/..........Oxumaga deyer........../
@zerbaycan
11 Apr 2013 / 23:22
İnsanlar həmişə yaxşı bir şeyə nail olmaq və
ya gözəl nemət əldə etmək istəyirlər. Ancaq
bu məqsədlərinə və ya istədikləri nemətə
qovuşmaq üçün səhv üsullardan istifadə
edirlər. İstədikləri şeylər və niyyətləri çox
gözəl olduğu halda, istifadə etdikləri üsullar
səhv olduğu üçün yanlış rəftar etmiş olurlar.
Bu mövzuya gündəlik həyatdan bir neçə
nümunə verə bilərik. Məsələn, qaldığı yeri
təmizləmək istəyən bir insanın niyyəti
gözəldir. Ancaq bu niyyətinə çatmaq üçün
ətrafındakı insanları narahat edirsə,
gördüyü natəmizliyə, dağınıqlığa görə
oradakı insanlara qarşı sərt davranırsa, bir
tərəfdən təmizlik edərkən, digər tərəfdən də
deyinirsə, bu vəziyyət o insanın gözəl
məqsədə səhv üsullarla çatmağa çalışdığını
göstərir.
Eyni şəkildə, başqa bir insanda gördüyü
səhvi düzəltmək istəyən şəxs bunu ona sərt
üslubla,əsəbləşərək deyirsə, bu da istifadə
edilən üsulun yanlış olduğunu göstərir.
Əslində, bu şəxsin məqsədi yaxşılıq
etməkdir. Amma bir insana doğru yolu
göstərməyin, səhv etməkdən çəkindirməyin
yolu bu cür olmamalıdır.
Bir insanın dostluğunu və sevgisini
qazanmaq istəyən bir şəxs qarşısındakına
təzyiq etməməlidir. Sevgini qazanmağın yolu
seviləcək xüsusiyyətlər göstərməkdir. Həqiqi
mənada seviləcək bir insan əxlaqına sahib
olmaqdır. Belə bir məqsəd arxasında olan
insan əvvəlcə Allah rizası üçün bu
xüsusiyyətləri qazanmalıdır. Buna əhəmiyyət
verməyib, əvəzinə yalnız qarşı tərəfi
dostluğa məcbur etmək yanlış üsuldur. Bu
insan sırf qarşı tərəf israr etdiyinə görə,
içindən gəlmədiyi halda, o insanı
incitməmək üçün bəlkə bu istiqamətdə bəzi
rəftarlar göstərəcək. Halbuki bu, o insana
süni dostluqdan başqa bir şey qazandırmaz.
Süni sevgi və dostluq isə ona istədiyi
xoşbəxtliyi verməz. Belə bir insan gözəl
nəticə əldə etməyi hədəfləyir. Ancaq üsulu
yanlışdır.
İnsan həyatının bir çox anında bu cür
vəziyyətlərlə qarşılaşa bilər. Həqiqətən, yaxşı
niyyətli bir insan gözəl məqsədə çatarkən
bu cür səhv etməkdən çəkinməlidir. Sərt
üsullar heç vaxt insana ümid etdiyi nəticəni
verməz, əksinə əldə etdiyi fayda, səbəb
olduğu zərərdən daha çox olar. Təmizliyi
təmin etmək üçün deyinən, sərt danışan,
narahatlıq yaradan insan o məkanın
təmizliyinə nail olsa belə, meydana gətirdiyi
təxribat və insanlara verdiyi narahatlıq daha
çox olar. Belə bir vəziyyətdə insan bir
Möminə narahatlıq verməkdənsə, təmizliyi
təxirə salmalı, lazım gəldikdə o təmizliyi
günlərlə tək başına etməli, amma yenə də
yanlış rəftar etməməlidir.
Eyni şəkildə, bir adamı kiçik bir mövzuda
tənqid edən bir insan sərt rəftarı ilə ona
verəcəyi fiziki və mənəvi narahatlığa görə
heç bir qazanc əldə edə bilməz.
Bu səbəblə, həqiqətən, gözəl bir şey etməyə
çalışan insan istifadə edəcəyi üsulları yalnız
Quran əxlaqına görə təyin etməlidir. Yalnız
məqsədin gözəl olması kifayət deyil. İnsanın
bu məqsədə çatarkən göstərəcəyi əxlaqı və
seçdiyi üsul da gözəl və doğru olmalıdır.
Allahın razılığına ən uyğun olan rəftar
budur. Allah həyatlarının hər anında gözəl
davranışlardan vaz keçməyən qullarını
Quranda belə müjdələmişdir:
Müttəqilərə: “Allah nə nazil etmişdir?”–
deyildikdə, onlar: “Xeyir!”– deyərlər. Bu
dünyada xeyirli işlər görənlər üçün gözəl
mükafat hazırlanmışdır. Axirət yurdu isə
daha xeyirlidir. Müttəqilərin yurdu necə də
gözəldir. (Nəhl surəsi, 30)
Göylərdə və yerdə nə varsa, Allahındır. O,
pislik edənlərə əməllərinin cəzasını verəcək,
yaxşılıq edənləri isə ən gözəl mükafatla
mükafatlandıracaqdır! (Nəcm surəsi, 31)
Allah doğru yolda olanların doğruluğunu
artırar. Əbədi qalan yaxşı əməllər isə
Rəbbinin yanında savab baxımından daha
xeyirli, aqibətcə daha yaxşıdır. (Məryəm
surəsi, 76)
[cavab]
Golf
11 Apr 2013 / 23:26
Cox hirslendiyim insanada söz deyende xetrine deymemeye cali$iram.icime atiram men deli oluram.Te$ekkür maraqlidi.
[cavab]
YalniZ
12 Apr 2013 / 00:00
@zerbaycan, hm.
[cavab]
Shuvelanli
12 Apr 2013 / 00:02
Maraqlıdı
[cavab]
*wrestling*
12 Apr 2013 / 00:04
super
[cavab]
Bölmeye qayıt