ALLAH HEMIWE VAR
Qizil_Eli
11 Apr 2013 / 23:04
Bir yaşlı qadın olduqca dininə,
Allaha bağlı bir adam idi. Hər səhər
qapısının ağzına çıxar və uca səslə:
“Allahım, bizə verdiyin hər şey üçün
sənə şükürlər olsun!” – deyə dua
edərdi. Hər dəfə də yan qonşusunun
səsi eşidilər, qonşusu səsi çıxdıqca:
“Allah yoxdur, Allah yoxdur!” – deyə
fəryad qoparardı.Yaşlı qadın bundan
nə qədər incisə də, sözündən
dönməzdi. Ertəsi gün yenə qapısının
ağzına çıxar, dua edər, sonra evinə
qayıdardı. Qonşusu da inad olsun
deyə var gücü ilə, “Allah yoxdur,
Allah yoxdur!” – deyib təsəlli
tapmağa çalışardı. Bir axşam
qonşusu yaşlı qadına “tələ qurmağı”
qərara aldı. Dükana gedib meyvə,
tərəvəz, çörək aldı. Doldurduğu
torbaları yaşlı qadının qapısının
ağzına qoydu. Ertəsi gün yaşlı qadın
qapını açıb torbaları gördü. Əvvəlcə
təəccübləndi, sonra əllərini Allaha
açıb sevinclə, “Sənə şükürlər olsun,
Allahım. Göndərdiyin bu nemətlər
üçün sənə şükürlər olsun!” – deyə
dua etdi. Bu vaxt ağacın arxasından
ona tamaşa edən qonşusu səsləndi:
“Allah yoxdur, qadın, Allah yoxdur!
O gördüyün şeyləri də sənə mən
aldım!”. Yaşlı qadın heç halını
pozmadı və bu ibrətli sözləri dedi:
“Uca Allahım! Sənə nə qədər şükür
etsəm, yenə azdır. Həm bu
nemətləri mənə göndərmisən, həm
də xərcini şeytana ödətmisən”...
[cavab]
Moshennik
11 Apr 2013 / 23:07
Bunu yazmisdilarda özude ezber bilirem
[cavab]
odinocka
11 Apr 2013 / 23:11
Allahı tanimayana lənət olsun.
[cavab]
Qizil_Eli
11 Apr 2013 / 23:12
Moshennik, yazdim ki bilmeyenler bilsin
[cavab]
(*_RoNaLdo*_)
11 Apr 2013 / 23:19
Qizil_Eli, saol qaqaw bilmirdim bildim
[cavab]
Boncuq
11 Apr 2013 / 23:20
Qizil_Eli, hm cox sagol
[cavab]
Qizil_Eli
11 Apr 2013 / 23:20
(*_RoNaLdo*_), deymez qaqaw
[cavab]
Qizil_Eli
11 Apr 2013 / 23:21
Boncuq, sizde sagolun
[cavab]
Bölmeye qayıt
0.1737 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az