Məktəb illəri
Repery
11 Apr 2013 / 01:23
Məktəb iLLəri [ oxumağa dəyər ]
Orta məktəbdə oxuyan vaxtLarımızda qızLar 23 fevraLda sinifdə bir oğLan seçib ona hədiyyə qoyurduLar. Kitab, odekaLon, köynək və nəsə başqa şeyLər.
Vaxtı-vədəsi yetişəndə biz oğLanLar da qızLara hədiyyənin əvəzini qaytarar, üstəLik süni güL də əLavə edərdik. BeLə vaxtLarda hərə öz yorğanına görə ayağını uzatsa da, qızLar say etibarı iLə oğLanLardan çox oLduğundan,
bəzən iki qız bir oğLanı arasında şərikLi edərdi. Eyni zamanda varLıLar və orta
babLar özLərinə mağaza müdiri, müəLLim, briqadir baLasını götürərdi. Hər kişiLər bayramı - 23 fevraLda bizim sinifdə bir kasıb, yetim qız dərsə gəLməzdi, aiLəLərinin imkanı yox idi hədiyyə
aLmağa, amma 7 martda dərsdən sonra qızLara veriLən hədiyyəLərə eLə baxardı ki, sanki ona bağışLamışdıLar. AğLım kəsəndən bunu anLamışdım və 7-ci sinifdə iki qız üçün hədiyyəLər aLan zaman bacıLarımdan xahiş etdim ki, o kasıb sinif yoLdaşıma bağışLamağım üçün bir əLavə kukLa götürsünLər. Həmin günü - 7 martda sevinə-sevinə qızLarın hədiyyə borcunu verəndən sonra kasıb qıza dedim məni dərsdən sonra gözLəsin. Yuxarı mərtəbəyə qaLxdıq, yarı qaranLıq dəhLizdə ona dedim:
- GözLərini yum.
Sonra paLtarımın aLtında gizLətdiyim baLaca kukLanı çıxarıb onun açıLan ovucLarına tərəf apardım. Qız gözLərini açan kimi sevincək çığırdım:
- Bayramın mübarək oLsun..!
Qız tutuLub qaLdı, sonra kukLanı sinəsinə sıxdı, gözLərindən yaş giLəLənirdi:
- Bax, nə istidir.
ƏLimi kukLaya vurdum, bayaqdan məktəbin həyətini fırLanıb qaça-qaça gəLdiyimdən və səhərdən sinəmdə gizLətdiyimdən o ucuz sovet kukLasına qəLbimin hərarəti, bəLkə də sevgimin istiLiyi keçmişdi sanki. Qızcığaz qəfiL hədiyyədən mi, ya da biLmirəm nədən idi, eLə hey göz yaşLarı axıdırdı. Tez yaş yanağından bir öpüş aLıb qaçdım, indiyənəcən də quLaqLarımda onun cingiLtiLi səsi
gəLir:
- DəLi haaa. Hara qaçdın.?
Demə öz taLeyimdən qaçırmışam. Sonra zəmanə dəyişdi, o qızın qardaşLarı Rusiyada böyük biznes eLədiLər, qızın aiLəsi kəndimizdən köçüb getdi, 11-ci sinifdə oxuyanda kişiLər bayramıma evimizə az qaLa böyük bir xonça göndərdi o qız.
Bu yaxınLarda, 25 iLdən sonra o qızın evində qonaq oLanda, müLkün ən yaraşıqLı ərində bahaLı hədiyyəLərin içində o kukLanı gördüm, əLimə götürdüm, az qaLa barmaqLarım yanaydı, arxaya baxdım, hər ikimizin gözLəri yaşarmışdı. Ruhumun quLaqLarına bu səs gəLdi.
- DəLi haa. Hara qaçdın.? :'(
Alintidir :)
[cavab]
Drakular
11 Apr 2013 / 01:27
Gozel Idi
red. Drakular (11.04 /01:29)
[cavab]
ceferzade055
11 Apr 2013 / 01:29
Super Idi Qaqash Cox Sagol.Qurtarmagini Isdemirdim....
[cavab]
ramil115
11 Apr 2013 / 01:35
cox maraqli idi
[cavab]
QEBRDE_TEK
11 Apr 2013 / 01:48
-
[cavab]
Shuvelanli
11 Apr 2013 / 01:48
superrr
[cavab]
elik*
11 Apr 2013 / 01:52
:(
[cavab]
2012_2013
11 Apr 2013 / 01:54
Maraqli ve menali idi.Twk
[cavab]
odinocka
11 Apr 2013 / 01:55
super.
[cavab]
Bölmeye qayıt
0.167 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az