superdi oxuyun

pol Fayiq 6 Apr 2013 / 15:15
Bir kişi 300 km uzaqda bir şəhərdə yaşayan anasına bir dəstə gül göndərmək üzrə gül mağazasının qarşısında dayandı.
Dükana girərkən kənarda, çiyinləri çökmüş, önünə əydiyi siması ağlamaqlı olan bir qız uşağına gözü sataşdı. Yaxınlaşaraq çənəsini tutub qaldırdı və gülümsəyərək soruşdu:
- "Nə oldu qızım? Kədərli görünürsən."
- "Anama bir qırmızı gül almaq istəyirdim. Gül isə 2 manatdır, amma mənim 75 qəpiyim var."
- "Dərd etdiyin şeyə bir bax" - dedi həmin adam gülümsəməsini genişlədərək, "gəl mənimlə, sənin anana da bir gül alaq."
İçəri girdilər, adam anasına göndərmək istədiyi bir dəstə gülün sifarişini verdi, kiçik qıza da bir gül aldı, pullarını ödədi və çölə çıxdılar. Adam avtomobilinə minmişdi ki ağlına nəsə gəldi, şüşəni açdı və qıza səsləndi:
- "İstəyirsən səni Ananın yanına buraxım...?!"
Kiçik qızın üzü bir az daha işıqlandı, təşəkkür edərək avtomobilə mindi. Onun tərifləri ilə gəldikləri yer bir qəbirstanlıq idi.
Qız qırmızı gülü yeni bir məzarın üzərinə qoydu və yanına oturdu.
Adam dolmuş gözlərlə bir müddət qızı izlədikdən sonra avtomobilinə oturdu, gül dükanına geri döndü, çiçək sifarişini ləğv etdi, bir dəstə qırmızı gül aldı və Anasının yaşadığı şəhərə doğru yola çıxdı..

[cavab]

pol Sevka 6 Apr 2013 / 16:12
Heyatda hecneyin olmasin birce ananin nefesi her weydir menimcun twk

[cavab]

pol qwerty97 6 Apr 2013 / 16:45
superdi twk

[cavab]

pol xati 6 Apr 2013 / 16:50
superdi

[cavab]

pol odinocka 6 Apr 2013 / 17:00
əla teşəkkür anaların qedrini calışaq sağ olanda bilək .

[cavab]

pol MaraZ 8 Apr 2013 / 18:46
superrr

[cavab]

pol Shuvelanli 8 Apr 2013 / 18:48
Super mövzudu ,

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1524 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az