Dünyanı sarsıdan 50 həqiqət
Shuvelanli
6 Apr 2013 / 00:41
Dünyada 27 milyon qul var.
Dünya əhalisinin yetmiş faizi bu günə qədər telefon çevirmə səsini eşitməyib.
Rusiyada ildə 12 mindən çox qadın ailə içi şiddət nəticəsində həyatini itirir.
Bir Yapon qadını orta hesabla 84 il, bir Botsvanalı qadın isə sadəcə 39 il yaşayır.
15 yaşı olan ingilislərin yarısı narkotik maddələr istifadə edir, dörddə biri isə siqaret çəkir.
Dünyada köklük sindromundan əziyyət çəkən əhalinin üçdə biri inkişaf etmiş ölkələrdə yaşayır.
ABŞ və İngiltərə inkişaf etmiş ölkələr arasında ən çox erkən yaşda hamiləliyin olduğu yerdir.
Çində 44 milyon qadın itkindir.
Brazliyadakı Avon qadınların sayı əsgərlərdən çoxdur.
2002-ci ildə edamların 81 faizi ABŞ, Çin və İranda baş verib.
İngilis supermarketləri müştərilər haqqında hökumətdən daha çox bilirlər.
ABŞ-da hər inək üçün gündə 2.50 dollar pul verilir, bu Afrikanın 75 faiz əhalisinin gündəlik gəlirindən artıqdır.
70-dən çox ölkədə eynicinslilərin münasibəti qadağandır, 9 ölkədə isə bunun üçün edam hökmü verilir.
Dünya əhalisinin beşdə biri gündəlik 1 dollardan aşağı gəlirlə yaşayır.
1 ildə 13.2 milyon amerikalı estetik əməliyyat keçirib.
Qara minalar saatda bir insanın ölümünə və ya şikəst olmasına səbəb olur.
Hindistanda 44 milyon uşaq işçi var.
Sənayeləşmiş ölkələrdə insanlar gündə 6-7 kq qatqı maddəsi yeyirlər.
Dünyanın ən çox qazanan idmançısı, qolfçu Tiqer Vuds ildə 78 milyon dollar, saniyədə 148 dollar qazanır.
Amerikada 7 milyon qadın, 1 milyon kişi qida pozğunluğundan əziyyət çəkir.
Vaşinqtonda lobbiçilikdə 67 min adam, hər il seçilmiş konqress üzvü üçün 125 adam çalışır.
Motorlu nəqliyyat dəqiqədə 2 insanın ölümünə səbəb olur.
1977-ci ildən bəri ABŞ-dakı abort klinikalarında 80 min şiddət və təcavüz hadisəsi baş verib.
Mc Donaldsın qızıl kəmərini tanıyanların sayı, Xristian tacını tanıyanlardan çoxdur.
Kenyada bir ailənin gəlirinin üçdə biri rüşvətə gedir.
Dünyada qanundan kənar narkotik maddə bazarının dövriyyəsi 400 milyard dollardır.
Amerikalıların üçdə biri yadplanetlilərin gələcəyinə inanırlar.
150-dən çox ölkədə işgəncə faktı var.
Dünyanın üçdə biri müharibə vəziyyətindədir.
Hər gün dünya əhalisinin yeddidə biri, yəni 800 milyon insan ac qalır.
Amerikalı qara dərili kişilərin 33 faizi həbs edilir.
Siqaret çəkənlərin 82 faizi inkişaf etmiş ölkələrdə yaşayırlar.
Neft rezervləri 2040-cı ildə tükənə bilər.
Silahlı atışmaların dörddə biri təbii mənbələri əldə etmək üçün baş verir.
Afrikada 30 milyon adam AIDS xəstəliyindən əziyyət çəkir.
Hər il on dil ölür.
İntiharla ölənlərin sayı atışmalarda ölənlərdən çoxdur.
ABŞ-da hər həftə orta hesabla 88 şagird sinifə silah aparır.
Dünyada ən azı 300 min fikir günahkarı var.
Hər il 2 milyon gənc qız və qadın sünnət edilir.
Silahlı atışmalarda 300 min uşaq əsgər savaşır.
İngiltərədə 2001-ci il seçkilərində 26 milyon adam, Pop İdol şou proqramının ilk sezonunda isə 32 milyon adam səs verib.
ABŞ pornoqrafiyaya ildə 10 milyard dollar xərcləyir.
ABŞ “quldur dövlət” elan etdiyi 7 ölkədən 33 qat çox hərbiyə pul ayırır.
Hər il 120 min qadın və ya gənc qız Qərbi Avropaya satılır.
Amerikalılar saatda 2.5 milyon plastik şüşəni zibil qutusuna atırlar. Bu o deməkdir ki, bu şüşələr toplansa, üç həftədə onlardan aya yol çəkilə bilər.
Adi bir ingilis gündə 300 dəfə kameraya yaxalanır.
Yeni Zellandiyadan İngiltərəyə təyyarə ilə aparılan bir kivi atmosferə öz ağırlığının 5 qatı qədər qaz buraxır.
ABŞ Birləşmiş Millətlər Təşkilaatına 1 milyard dollardan çox borcludur.
Yoxsul ailə uşaqlarının psixoloji problem yaşamaq ehtimalı zəngin ailə uşaqlarından 3 dəfə artıqdır.
[cavab]
=SeVGiLiM_oL=
6 Apr 2013 / 00:44
aferin
[cavab]
Shuvelanli
6 Apr 2013 / 00:46
Oxuyun . Maraqlidi .
[cavab]
anominka
6 Apr 2013 / 00:49
Shuvelanli cooox sagol maraqli idi
red. anominka (06.04 /00:49)
[cavab]
ramil115
6 Apr 2013 / 00:53
Shuvelanli, twk.çox maraqli idi
[cavab]
Dj_MeTiN
6 Apr 2013 / 00:58
Twk twk
[cavab]
deli_ilkin
6 Apr 2013 / 01:56
[cavab]
LEYLA@
6 Apr 2013 / 03:54
oxumaqdan yoruldume
[cavab]
Sudden_Death
6 Apr 2013 / 05:35
[cavab]
Shuvelanli
6 Apr 2013 / 11:32
tewekkuler
[cavab]
Bölmeye qayıt