Ne derecede esebisiniz? (Psixoloji test - Superrrr)

pol MaqnuM 27 İyul 2012 / 21:55
Hə cavabına 2 xal, Bəzən, arada olur cavabına 1 xal, Yox cavabına 0 xal yazın. Diqqet: xallarinizi evvelceden toplayin. Mes: 1ci suala he deyirsinizse, bunu 2 xal qiymetlendirin ve uzerine o biri suallarda verilen cavablarin xallarini gelin!

1.Dəqiq insansan?

2.Özünü maraqlı sima sayırsan?

3.Sözü üzə deyənsən?

4.Səni özündən çıxarmaq asandır?

5.Şəxsi həyatından razısan?

6. Hövsələsizsən?

7. Qorxaqsan?

8. Çoxlarına həsəd aparırsan?

9. Özünə nə isə almaqda çox tərəddüd edirsən?

10.Qısqancsan?

11.İşdə vaxt azlığından şikayət edirsən?

12. Hər xırda məsələ səni qıcıqlandırır?

13.Komplekslisən?

14.Dostlarına etibar edirsən?

15.Düşünürsən ki, işdə səni heç kim əvəz edə bilməz?

16. Hər xırda şeyə sevinə bilirsən?

17.Müdirin yanında özünü gərgin hiss edirsən?

18.Gün ərzində 5-dən çox siqaret çəkirsən?

19.Pis hadisələri tez unudursan?

20.Ailə üzvlərinlə və kolleqalarınla tez-tez mübahisə edirsən?

21.Səhərlər özünü gərgin və əsəbi hiss edirsən?

22.Günə 3 fincandan artıq kofe içirsən?

23.Yuxu pozğunluğundan əziyyət çəkirsən?

24.Hava dəyişkənliyinə reaksiya verirsən?

25.Çəkin normasından artıqdır?

26.Nəbzin normal halda dəqiqədə 80 dəfə vurur?

27.İdmanla məşğul olursan?

28.Gözlərinin altında qara kölgələr var?

29.Səs-küydən qaçırsan?

30.Başın tez-tez ağrıyır?

31.Mədə-bağırsaq sistemin səni narahat etmir ki?

32.əsəbdən ovuclarınn içi tərləyir?

33.Ürəyində ağrılar hiss edirsən?

34.Yeməklərində yumurta, kərə yağı və digər yağlardan çox istifadə edirsən?

35.Şirniyyatı sevirsən?

36.İşə tezdən getməyə məcbursan?


TESTIN CAVABI:
Əgər topladığın xal 1-dən 6-ya qədərdirsə, sənin əsəblərin dəmir kimidir. Səni heç nə özündən çıxara bilməz. ən faciəvi hadisə belə sənə təsir etmir. Səhv buraxmağı sevmirsən. Ona görə də işlərin yolunda gedir.

Əgər xal 7-dən 13-ə qədərdirsə, əsəblərin gərgindir. Amma hələ normasını aşmayıb. Hələ ki, gec deyil, özünü ələ al və yaxşıca götür-qoy et. Çünki əsəbləşəndə gözünə heç nə görünmür. Bu belə davam etsə, əsəblərin tarıma çəkilər və buraxdığın səhvlərin hesabını ödəyə bilməzsən.

Topladığın xallar 14-dən 21-ə qədərdirsə, demək, ən xırda xoşagəlməz hadisə səni narahat edə bilər. Özünü ələ ala bilməmək sənə çox vaxt problem yaradır. Əgər əsəblərinə hakim ola bilmirsənsə, insanlarla öz aranda məsafə saxla. Hər söhbətə qarışma və mübahisələrdə öz rəyini bildirməkdən çəkin. Daimi başağrıları və tərləmə əsəb gərginliyindən irəli gəlir.

22 xaldan 31 xala kimi toplamısansa, sənin psixoloqa ehtiyacın var. Hirsli olduğun vaxt təmiz havada gəzməyə çıx. Min ölç, bir biç və daha sonra sənə qaranlıq olan məsələyə aydınlıq gətir. Unutma ki, hirslənəndə göz, hirs keçəndən sonra isə üz qızarır! Çay və ya kofe əvəzinə, valerian və ya sakitləşdirici çaylar iç.

31 xaldan çox toplamısan? Buna faciə də demək olar. Sənin qəlbini qırıb, ağlatmaq o qədər asandır ki... Dünyadan küsüb, hər şeydən imtina etmək sənin üçün heç nədir. Dostlarınla aranda yaranan mübahisə işinə də təsir edir. Sən mütləq həyat tərzini dəyişməlisən. İnsanlarla daha çox ünsiyyətdə olmalı və ən əsası psixoterapevtin qəbuluna yazılmalısan. Yoxsa buraxdığın səhvlər həyatını alt-üst edəcək.
red. MaqnuM (27.07 /21:57)

[cavab]

pol 55555 28 İyul 2012 / 03:39
43

[cavab]

pol alara 28 İyul 2012 / 03:53
50 bele cixirki men lap deliyem ki))

[cavab]

pol _DeSIRaBLE_ 28 İyul 2012 / 04:01
57
.............

[cavab]

pol yako 28 İyul 2012 / 05:50
30)pis deyil)

[cavab]

pol ELEFTHERIA 28 İyul 2012 / 12:48
22-31 arasi. .

[cavab]

pol behbud 28 İyul 2012 / 17:49
37 hm pis deyil.

[cavab]

pol Awk 28 İyul 2012 / 19:56
22,31

[cavab]

pol My_GameS 28 İyul 2012 / 21:12
Bunnan Evvel bu tesde baxmiwdim Netice : 31 ))
Birdeki 31 i kecenler diqqetle topluyun ... Yalannan He yox onda ozun ozuvu aldatmiw sayirsan ,,,

[cavab]

pol Melis 12 May 2013 / 22:46
48 deliyem

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1518 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az