Duz Və Su

pol Shuvelanli 5 Apr 2013 / 02:28
Hindli bir yaşlı usta, şagirdinin hər şeydən davamlı şikayət etməsindən bezmişdi. Bir gün usta onu duz almağa göndərdi. Həyatında hər kəsdən bədbəxt olan şagird qayıdanda, yaşlı usta ona, bir ovuc duzu, bir stəkan suya qatıb içməsini söylədi.


Şagird yaşlı adamın söylədiyini etdi, amma içər-içməz ağızındakıları tüpürməyə başladı.


"Dadı necədir?" deyə soruşan yaşlı adama hirslə, "Acı" ,- deyə cavab verdi.


Usta şagirdini qolundan tutdu və çölə çıxardı. Səssizcə bir az irəlidəki gölün sahilinə apardı və ona bu dəfə də bir ovuc duzu gölə atıb, göldən su içməsini söylədi.


Deyiləni edən şagird, ağızının kənarlarından axan suyu qoluyla silərkən eyni sualı soruşdu:

"Dadı necədir?"
"Fərahladıcı" deyə cavab verdi gənc şagird.
"Duzun dadını hiss etdin?" deyə soruşan yaşlı adamı, "Xeyr" deyə cavabladı şagirdi.


Bunundan sonra yaşlı usta, suyun yanına diz çökmüş olan şagirdinin yanına oturdu və belə dedi:

"Həyatdakı ağrılar duz kimidir, nə azdır, nə də çox. Ağrının miqdarı həmişə eynidir. Ancaq bu ağrının acılığı, nəyin içinə qoyulduğuna bağlıdır. Ağrın olduğunda etməyin lazım olan tək şey, ağrılı verən şeylə əlaqədar duyğularını genişlətməkdir. Onun üçün sən də artıq stəkan olmaqdan əl çək, göl olmağa çalış."

[cavab]

pol Senmenimol 5 Apr 2013 / 02:31
zordu

[cavab]

pol *_Fermer_99_* 5 Apr 2013 / 02:35
Yaxwi

[cavab]

pol Slavik 5 Apr 2013 / 02:45
hmmmm

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1453 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az