Mənalı sözlər..
Fayiq
4 Apr 2013 / 14:35
Qadın, hər ehtiyacını qarşılayacaq tək bir kişini istər. Kişi isə, tək ehtiyacını qarşılayacaq hər qadını.
Biri əgər gözlərini səndən qaçırırsa; əmin ol ki, o gözlərdə sənə aid bir şeylər vardır.
Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, özünü tapmaqdır.
Düşün; hər şey üzərinə gəlirsə, bəlkə də sən tərs gedirsən.
İnsan bir şeyi əldə etmək üçün çabalar. Onu əldə edincə də bir kənara atar. Gerçək dəyərini isə onu itirincə anlar.
Nə qəribə. Sevdiyimiz insanın hər yalanında bir doğru, sevmədiyimiz insanın hər doğrusunda bir yalan axtarırıq.
İnsanların səadət qədər fəlakətə də ehtiyacı vardır.
Düşdüyündə yanında olan deyil, qalxmaq üçün əlini uzadan dostdur. Unutma, pis gündə qatqısı olmayanın yaxşı gündə hissəsi yoxdur.
Həyat bir imtahandır, amma digər imtahanlara çox bənzəməz; bəzən etdiyin bir səhv, bütün doğrularını apara bilər.
Həyatda həmişə xoşbəxt olsam, xəyalini quracaq nəyim qalar.
Danışaraq izah edilməz hər şey, bəzən susmaq yetər əslində. Unutma; Danışmaq bir ehtiyac ola bilər, amma susmaq cavabdır anlayana ..
Əslində insanı ən çox ağrıdan şey; xəyal qırıqları deyil. Yaşanması mümkün, yaşayamadığı xoşbəxtlikləri.
Başqaları üçün özünüzü unudun o zaman sizi də xatırlayacaqlar.
İstər şirin, istər acı olsun, xatirə insana iztirab verər.
İnsan yaşamağı və yaşamamağı eyni şey deyə qəbul etdiyi zaman azadlığa qovuşar.
Qadın, hər şeyi görən gözü belə aldadar.
Qorxu, yalan doğurar.
İnsanlar bədbəxt olmadıqca başqalarının bədbəxtliyini anlaya bilməz.
Pul bir heçliyi belə birinci yerə gətirən yeganə yoldur.
Heç bir sirr yoxdur ki hər kəs eşitmiş olmasın.
İnsanların bir-birlərini tanımaları üçün ən yaxşı vaxt ayrılmalarına yaxın zamandır.
Evlənmə, boşanma işi sırf qadınların əlində olsaydı, bir tək nikah möhkəm qalmazdı.
Yalnız həyat verən deyil, həyat verib haqq edən, ata adını daşıya bilər.
Fəlakət, yoluxucu bir xəstəlikdir.
Sönmüş dostluqlar üzərinə əkilmiş kin ağacı ən öldürücü yemişləri verir
[cavab]
Vuqar_929
5 Apr 2013 / 01:57
dogurdanda menalidi yazan ellerin var olsun brat
[cavab]
Bölmeye qayıt
0.1505 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az