Usaqliq bize neler oyredib?

pol Fako 4 Apr 2013 / 13:52
Uşaqlıq deyib keçməyin, biz o zamanlar çox
şey öyrənmişik.
- Tom & Jerry cizgi filminin bitdiyi tam zənn
edərkən, yenidən nərildəyən şiri görmək bizi
həyatın xoş surprizlərinə hazırladı.
- “Tapança-tapança” oynayardıq və heç
zaman da bir-birimizə ölmədiyimizi, güllənin
yan keçdiyini sübut edə bilməzdik. Bu bizə
düşüncələrimiz uğruna mübarizə aparmağı
öyrətdi.
- Məhəllə futbolunda topu uzağa vurdunsa, ya
da qonşunun həyətinə düşdüsə sən gedib
gətirməli idin, beləliklə etdiyimiz səhvlərin
nəticələrinə qatlanmağı öyrəndik.
- Soyuducunun işiğının nə zaman söndüyünü
araşdırmağa başladıq, bu bizə kəşf etməyi
öyrətdi.
- “Alma desəm çıxarsan, armud desəm
çıxmazsan” gizlənqaç oynundakı bu söhbət
bizə ortaq sirləri öyrətdi.
- Günəbaxan tumlarının bir miqdarını çırtlayıb
kənara yığıb sonra hamısını birdən yemək
bizə hər əziyyətin sonunda sürəcəyimiz keyfi
öyrətdi.
- Top çiləmək oyununda qarşı tərəfə “fora”
vermək bizə zəifləri əzməməyi, onlara güzəştə
getməyi öyrətdi.
- Oyunlar oynarkən oynadığımız əşyaların
sahibləri inciyərlərdisə oyun bitərdi. Bu bizə
imkanın verdiyi səlahiyyətləri göstərdi.
İndiki uşaqlar bilmәz bunları...

[cavab]

pol donmorfi 4 Apr 2013 / 13:57
əla yazıdı

[cavab]

pol Fako 4 Apr 2013 / 13:58
donmorfi, twk:)

[cavab]

pol Filoloq 4 Apr 2013 / 14:02
Ehhh uwaglig mirt gunner olube etaxa

[cavab]

pol donmorfi 4 Apr 2013 / 14:06
tam uşaqlığımı xatırlatdı:)əlavə edərdim : bağlara alça alma yığmağa gedəndə əgər ağaca çıxan sən idinsə ev yiyəsi gələndə hamı qaçırdı.bax onda tək qalmağı öyrəndik..... heç yadımdan çıxmaz günortadan hava qaralana kimi ağacda qalmışdım:)

[cavab]

pol *_Fermer_99_* 4 Apr 2013 / 14:14
Hamisi Duzdu :-)

[cavab]

pol Sevka 4 Apr 2013 / 14:19
Biz agacdan tut yigirdiq taki qonwu gormuyene qeder) goren kimi qacirdiq birdefe agacdan berk yixilmiwdim amma o qonwunun qorxusundan ayagmin agrisi bele yadimdan cixmiwdi qacirdim)))

[cavab]

pol Aska1tepik 4 Apr 2013 / 14:20
Fako, ataw uwaqliq ilerim yadima duwdu

[cavab]

pol Aska1tepik 4 Apr 2013 / 14:23
Uwaqliq vaxtlarinda bizi bir adam doyende bizde onu 5 adam yiqisib doyerdik bu bize mubarize aparmaqi orgetdi

[cavab]

pol Fako 4 Apr 2013 / 16:34
xexe hamsi olub uwaq vaxti

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1543 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az