ôlûmûne 25 gùn qalmish
Memo
4 Apr 2013 / 01:00
Ömrünün sonuna 25 gün qalıb dedi
həkimlər.Onsuz da bu xəbəri çoxdan
gözləyirdi.Daim yalnız qalmağı
sevər,yalnız qaldğı axşamlar ulduzlara
baxmağı sevərdi.Son günlər isə demək
olar ki,heç gülmürdü də.Ailəsi,dostları
əlindən gələni edirdi.Amma yenə də
xeyri yox idi.
Bir gün yenə ulduzları seyr etmək üçün
axşam üstü evdən çıxdı.Parka gedən
yolda bir qızla toqquşdu.Ayağa
qalxdılar.Göz-gözə gəldilər...
Artıq hər gün görüşürdülər.Sanki bir-
birləri üçün yaradılmışdılar.
Ömrünün son dəqiqələrinə 3 gün
qalmışdı artıq.O isə hələ də
açıqlamamışdı sevdiyinə öləcəyini.Əlinə
kağız qələm aldı və sevgilisinə bir
məktub yazdı və anasından xahiş etdi
ki,bu məktubu sevdiyinə o öləndən
sonra versin....Son 3 günü də o
sevgilisinə heç nə demədi.Son 3 gün
daha təlaşlı idi onunçün.
Bir səhər gözləri açılmadı.Ürəyi də
dəqiqələr,saniyələr keçdikcə daha da
zəif döyünürdü.Son dəfə güclə gözlərini
açdı.Hava çiskinli,dumanlı idi.Yağış
yağırdı.Ulduzlar da yox idi...Birdən
bağlandı o gözlər...Dayandı o qəlb...Bir
tufan qopdu sanki o dəqiqə.Sevdikləri
göz yaşıyla yola saldılar onu son
mənzilə...Artıq o yox idi...
Sevgilisi nəhayət ona yazılan məktubu
aldı.Məktubda yazılmışdı:
“Sevgilim,
Məni qınama...Gedəcəyimi
bilirdim.Amma unutdurdun sanki bunu
mənə.Sən xoşbəxt elədin məni
ömrümün son günlərində.Çox sağ ol
həyatım...Sənə bu kədəri yaşatmaq
istəməzdim,inan.
Sən bu sözlərimi oxuyanda artıq mən bu
dünyada olmayacağam.Amma bunu bil
ki,mən səni çox sevdim.Üzdə
gülüb,içimdə daim ağladım.Bunun necə
ağır və çətin olduğunu bir mən bildim,bir
də uca Allahım.
Səndən son bir istəyim var.Məni bir şirin
xatirə kimi xatırla.Məni unutma...Daim
yaşat məni qəlbində.Və unutma ki,
MƏN SƏNİ HƏMİŞƏ SEVMİŞƏM...
ƏLVİDA...”
Qiz məktubu göz yaşları içərisində
oxudu.Kaş bu məktubun sonu
gəlməyəydi.Yoxluğu artıq onu daha da
çox sıxırdı...Səhəri gün ilk işi
qəbiristanlığa getmək oldu.Sevgilisinin
məzarı üzərinə uzandı və hıçqıraraq
dedi:
-Səni heç vaxt unutmayacağam,indi
mənimlə olmasan belə...
Sabahı ümidli olan bir sevgi beləcə
əbədiyyətə qovuşdu...Allah heç kimin
sevdiyini ondan ayırmasın....AMİN!!!
[cavab]
EMIN98
4 Apr 2013 / 01:01
Eh kövreldim. Twk
red. EMIN98 (04.04 /01:02)
[cavab]
SaMaXiNeC
4 Apr 2013 / 01:15
hmmm
hekayedi. AMIN.
[cavab]
Bölmeye qayıt
0.1299 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az